Qadin.NET / Nə üçün Allah hamını varlı etmir?

Nə üçün Allah hamını varlı etmir?

 

 

Allah “Şura” surəsinin 27-ci ayəsində buyurur: “Əgər Allah Öz bəndələrinə bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz bəndələrindən Xəbərdardır, Görəndir”.

Nə üçün Allah hamını varlı etmir?

Əllamə Təbərsi “Məcməul-Bəyan”da bu ayənin altından yazır: Əgər kimsə bəzi fərdlərin zəngin olduğunu və Allahın sözündən çıxdığı, zülm, sitəm və fəsad törətdikləri görülür – desə, biz ona deyəcəyik, bilirik ki, Sübhan Allah Özü bildiyi məsləhətə uyğun olaraq bəndələrinə rəftar sərgiləyir. Belə ki, bəziləri varlı və Allahın sözündən çıxan, günah edəndirlər. Ola bilər ki, onların durumu bərabər olmuş olsun. Belə ki, əgər yoxsul da olsaydılar, yenə də günaha mürtəkib olardılar. Onlar Allahın ibadət və itaətini tərk edərdilər. Allah onlara höccəti tamamlamaq üçün onları varlı etmişdir ki, Qiyamətdə “Əgər biz sərvətə malik olsaydıq, itaətkar, sözə qulaq asan olardıq. Yoxsa ki, üsyankarlığa mürtəkib olmağımızın səbəbi fəqirlik, əli boş olmaq üzündən olmuşdur”, – deməsinlər. Ola bilər ki, fəqir də olsaydılar, zülm, sitəm və üsyankarlıqları varlı mövqeyindən daha artıq olmuş olardı. Onların durumlarının təfərrüatından Allah daha biliklidir.

Nə üçün Allah hamını varlı etmir?

Əllamə Məclisi “Biharul-Ənvar”da Beyzavinin təfsirindən bu məzmunla nəql edir ki, Allaha aləmin nizamı üçün bəzilərini varlı, bəzilərini fəqir etmişdir ki, dövlətlilər yoxsulları işə vadar etsinlər ki, onların yaşayışı yaxşılığa idarə olunsun. Çünki əgər hamı dövlətli, yaxud kasıb olsaydı, onların yaşayışında düzənsizlik yaranardı

 

Farid Abdullah

29 may 2019
GO BACK