Qadin.NET / Qadınların yaxşı sifətləri

Qadınların yaxşı sifətləri

 


İmam Cəfər Sadiq (ə) öz müqəddəs atalarından rəvayət edərək buyurublar:

Qadınlar dörd qismdir:

 Birinci qism odur ki, bir uşaq qucağında, o biri də qarnında var.

 İkinci qism odur ki, xeyri çoxdur, ruzisi boldur, özü də təmizdir.

 Üçüncü qismi ərini incidən bədxasiyyət arvaddır.

 Dördüncü qismi bit salmış dəridən hazırlanmış bir xaltadır ki, ərinin boynuna salınmış; o bitlər onu didib dağıdır, onların əlindən heç cür xilas ola bilmir.

O Cənabın qadınlar haqqında üç beytdən ibarət bir şeri var ki, tərcüməsi belədir:
Bilin ki, qadınlar müxtəlif yaranıblar,
Onlardan qənimət (xeyr) və qəramət (ziyan) görmək olar.
Onların bəzisi öz sahibi üçün ay kimidir,
Bəzisi isə zülmət kimidir,
Kim onların yaxşısına rast gəlsə, zəfər tapar,
Kim bu barədə ziyan çəksə, onun həyatında nizam olmaz.
Həzrəti-Əli-əleyhis-səlam qadınları təsvir edərək buyurur:
“Elə bir qadınla evlən ki, qarayanız, irigöz, sağrılı və orta boylu olsun; əgər sənə xoş gəlməsə, kəbin haqqı mənim boynuma”.
Əmirül-möminin Əli əleyhis-səlam buyurub:
“Qadınların əqli onların camalındadır, kişilərin camalı isə onların əqlindədir”.
Qadının zahiri əlamətləri gözəl olmaqla bərabər, həm də nəcib və pak ailədən olmalı, əxlaqı təmiz və hicablı olmalıdır.

İmam Zeynül-abidin ələyhis-səlam buyurub:

“Beş şey var ki, onların hər biri naqis olsa, insanın zindəganlığı pozular, əqli kütləşər, qəlbi daim qəm-qüssəyə aludə olar. Onların əvvəlincisi-bədənin səhhəti, ikincisi-ruzinin bolluğu, üçüncüsü-evin genişliyi, dördüncüsü-müvafiq munisin olmasıdır.

O Cənabdan soruşdular ki, “müvafiq munis” nə deməkdir” Buyurdu:

-Xoş xasiyyətli gözəl zövcə, saleh övlad, yaxşı yoldaş. Beşincisi-bu məzkur sifətlərin və xislətlərin hamısı birlikdə”.
Başqa bir hədisdə deyilir:
“Müsəlman kişi, müsəlman zövcədən aldığı faydadan böyük heç bir şey tapa bilməz; elə bir müsəlman zövcə ki, ona baxanda zövcə onu şad edər, əmr edəndə, ona itaət edər, qayib olanda, özünü və malını mühafizə edər”.
Bir kişi Həzrəti-Rəsul (s) cənablarına ərz elədi ki, ya Rəsulallah, mənim bir zövcəm var ki, evə daxil olanda, məni qarşılar, evdən çıxanda, məni yola salar; əgər qəmli olsam, deyər ki, nə üçün qəmlisən, əgər ruzi dərdi çəkirsən, Allah ruzini verəcək; əgər axirət üçün kədərlisən, Allah sənin kədərini daha da artıq eləsin.
Peyğəmbər buyurdu ki, ona Behişt müjdəsi ver və de ki, o, Allahın əməllərindəndir, hər gün ona yetmiş şəhid savabı yazılır.
İmam Cəfər Sadiq ələyhis-səlam buyurub ki, həya on hissədən ibarətdir; onun doqquzu qadında, biri kişidə olur. Qız uşağı həddi-büluğa çatanda (heyz görəndə), o həya pərdələrindən biri gedər. Ərə gedəndən sonra-ikincisi, hamilə olandan sonra-üçüncüsü, doğandan sonra dördüncüsü gedər. Qalan beş həya pərdəsi ömrünün axırına qədər onun üzündən qalar. Amma bir yad kişinin əli onun bədəninə dəyərsə, qalan beş pərdənin hamısı bir dəfədə gedər və o qadın tamam həyasız olar.

Qadınların yaxşı sifətləri

Rəsuli-Əkrəm (s) buyurub:

“Qadın beş namaz qılsa, bir ay oruc tutsa, tənasül üzvünü yad kişilərdən qoruyub hifz etsə və öz ərinə itaət eləsə, Allahın Cənnətinin hansı qapısından istəsə, içəriyə daxil olar”.

Yenə o Cənab (s) buyurub:
“Hansı qadın həcc, cihad və ya elm kəsb etmək işində öz ərinə kömək eləsə, Allah-təala Əyyub peyğəmbərin zövcəsinə verdiyi savabı ona da verər”.
Bütün bu hədislərdəki kəlamlardan məlum olur ki, İslamda qoyulmuş bu tədbirlər ailənin möhkəm və təmiz olması üçün, həm də zinanın qarşısını almaq üçün nəzərdə tutulubdur.
21 oktyabr 2011
GO BACK