Qadin.NET / Təşəkkür etmək

Təşəkkür etmək

Təşəkkür etməyi bilən insan Allaha şükür etməyə də yaxındır. Kiçik bir davranış, bir incəlikdir təşəkkür etmək. Zəhmətsiz və asan. İki söz, eyni mövzu. Söyləməsi elə asan, nəticəsi elə böyükdür ki... Bizə bir stəkan su verənə... Bizə isti yemək hazırlayana... Bizə bir hərf öyrədənə…Bizə bir yer axtararkən yol göstərənə... təşəkkür etməliyik. Bir təşəkkür gözdə çiçək açdırar. Bir təşəkkür alıb gedər bütün yorğunluğu. Bir təşəkkür ürəyi titrədər. Bir təşəkkür insanı insana dost edər. "İnsanlara təşəkkür etməyən Allaha da şükür etməz" buyurmuş incəliklər Peyğəmbəri Əfəndimiz (s.ə.s). Nə incə bir nöqtə. Qohumlarımıza, anamıza, qonşumuza, müəllimimizə, yoldaşımıza, uşağımıza təşəkkür edə bilmiriksə, Allaha da təşəkkür edə bilmərik.

Allahdır bizə hər şeyi verən. Odur bütün təşəkkürləri əsl haqq edən. Şükür edərik bizi və dünyanı var edən Allaha. Şükür edərik bizə həyatı bəxş edən Allaha. Necə ki, hər şeyin sahibi Rəbbimizə şükür etmək insanlıq vəzifəmizdirsə, qohumlarımıza, anamıza, qonşumuza, müəllimimizə, yoldaşımıza, uşağımızın bizlərə etdikləri köməkdə, yaxşılıqda təşəkkür etmək də bir vəzifədir. Təşəkkür etməliyik quşa, çiçəyə, havaya, dənizə, qələmə, meyvəyə, zibilyığana, satıcıya, şoferə…

Təşəkkür etməliyik ki, ürəyimiz Allaha şükür etməyə açıq olsun.

2 oktyabr 2011
GO BACK