Qadin.NET / Dində xəstə ziyarəti

Dində xəstə ziyarəti

 

Mübarək Şəban ayında qərar tuturuq. Bu müqəddəs ayda əməllərin savabı bir neçə qat artıq yazılar. Ona görə də bu fürsətdən istifadə edib, axirət azuqəmizi ağırlaşdıra bilərik. Fəzilətli əməllər içərisində xəstə ziyarətinin xüsusi yeri vardır. Dinimiz xəstə ziyarətinə xüsusi əhəmiyyət verir.

Dində xəstə ziyarəti

Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir müsəlmanın başqa müsəlmana görə boynunda 30 haqqı olar ki, gərək onları yerinə yetirsin. Bu haqlardan xilas olmaz, məgər o halda ki, onları əda edər. Ya da müsəlman qardaşı bu haqlarından keçər. Bu haqlardan biri də xəstə olan zamanı onu ziyarət etməkdir".

 

İmam Cəfər Sadiqə (ə) sual verirlər ki, müsəlmanın müsəlman üzərindəki haqqı nədir? İmam (ə) buyurur: "Onun boynunda 7 haqq olar ki, onların hamısı qardaşının öhdəsində vacib olar. Əgər o haqdan hansınısa zay edərsə və vəzifəsini yerinə yetirməzsə Allahın itaət və vilayətindən çıxmış olar. Allah bəndəliyindən bəhrə aparmaz".

Dində xəstə ziyarəti

Soruşurlar ki, o haqlar hansılardır?

 Həzrət (ə) buyurur ki, o haqlardan biri - xəstə olan zaman onu ziyarət etməkdir.

 

Həzrət Peyğəmbər (s) buyurur: "Müsəlmanın müsəlman üzərində olan haqqı odur ki, onu görən zaman salam versin, xəstə olan zaman onu ziyarət etsin və ölən zaman cənazəsini müşayiət etsin".

 

İmam Rza (ə) buyurur: "O mömin ki, başqa mömini xəstə olan zaman ziyarət edər - əgər səhər olarsa, 70 min mələk onu qarşılayar, onun (xəstənin) yanında əyləşən zaman (Allahın) rəhməti onu əhatə edər və axşama qədər onun üçün istiğfar edərlər.

 

Əgər gecə olarsa, səhərə qədər həmin əcrə malik olar".

 

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, xəstə ziyarətinə gedər - həmişə İlahi rəhmət arasından yeriyər o zamana qədər ki, əyləşər. O zaman ki, xəstə yanında əyləşər - İlahi rəhmətə qərq olar".

 

Milli.Az

24 aprel 2019
GO BACK