Qadin.NET / Fanatik olmayaq

Fanatik olmayaq


Bir gün savadlı mollalardan biri məclisdə hədis danışmaq istəyir.Elə ağzını açır ki;

-İmam Hüseyn (ə) süvar oldu atına...

Məclisdə oturan kişilərdən biri dəsmalını gözünə sıxıb hönkürür

-Ühüü-ühüüü...!

Molla acıqla kişiyə baxıb təkrar edir:

-İmam Hüseyn (ə) süvar oldu atına...

Kişi yenə mollanın səsini batıracaq tərzdə:

-Ühü-ühüü...!-Deyə hönkürür.

Molla yenə kişiyə tərs nəzər salıb bir də cəhd edir:

-İmam Hüseyn(ə) süvar oldu atına...

Kişi təkrarən:

-Ühüüüü-ühüüü..!-Deyə bu dəfə lap uca səslə hönkürür

Molla əlindəki təsbehi yerə çırpıb qışqırır:

-Evi yıxılanın oğlu,imkan verdə bir!!Bəlkə İmam Hüseyn (ə)atını suvarmağa aparacaq?!

Fanatiklikdən uzaq olaq,dinimizi düzgün öyrənək və öyrədək!

20 sentyabr 2011
GO BACK