Dedim: Çox yalnızam.
Dedin: Mən ki sənə çox yaxınam.( Bəqərə-186)
Dedim: Bəli, bilirəm sən mənə yaxınsan, amma mən səndən uzağam, kaş ki, mən də sənə yaxın ola bilsəydim.
Dedin: Rəbbini səhər axşam, yüksək olmayan bir səslə, öz-özünə, ürpərtiylə, yalvara-yalvara və için-için zikr et. (Ə'raf-205)
Dedim: Bu da sənin köməyini istər.
Dedin: ALLAHın sizi bağışlamasını istəməzsinizmi?( Nur-22)
Dedim: Təbii ki, məni bağışlamağını çox istəyərəm.
Dedin: (Elədirsə) Rəbbinizdən bağışlanma diləyin, sonra ONA tövbə edin. Həqiqətən mənim rəbbim, əsirgəyəndir, sevəndir. (Hud-90)
Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edərəm?
Dedin: ALLAHın qullarının tövbəsini qəbul edəcəyini və ALLAHın tövbəni çox qəbul edən və çox əsirgəyən olduğunu hələ bilməzlərmi?( Tövbə-104.)
Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm gəlmir.
Dedin: ALLAH əziz və biləndir, o, günahları bağışlayan və qullarının tövbəsini qəbul edəndir.( Ğafir-2/3).
Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedin: ALLAH bütün günahları bağışlayandır. (Zumər-53.)
Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin: ALLAHdan başqa günahları bağışlayan yoxdur. (Ali İmran-135.)
Dedim: Nə qədər gözəlsən ALLAHım! Bilmirəm bu sözlərin qarşısında nə üçün ürəyim yerinə sığmır və əriməyə başlayıram, səni çox sevirəm.
Dedin: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevər.
Birdən "İlahim və Rəbbim, mənim səndən başqa kimim var?- dedim.
Sən də :"ALLAH quluna çatmazmı?" (Zumər-36) dedin.
Dedim: Sən ki, məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər yaxşısan, mən nə edə bilərəm?
Dedin: Ey inananlar! ALLAHı çox zikr edin. Və ONU səhər-axşam zikr edin. Sizi qaranlıqlardan işıqlığa çıxarmaq üçün üzərinizə rəhmətini göndərən Odur. Mələkləri də sizə istiğfar edər. ALLAH möminlərə qarşı çox mərhəmətlidir. (Ahzap-41/43.)
Öz-özümə dedim: ALLAHIM, SƏNİ ÇOOX SEVİRƏM!..