Qadin.NET / Ümid işığı

Ümid işığı

Bütün həyat bir an kimidir... Bəzilərimizə görə, həyat qaranlıq bir quyudur!..

 Son dərəcə ağır bir yükdür!.. Hər gün, hər şey bir az daha pisləşir!..

 Nöqtə qədər bir ümid işığı belə yoxdur!.. Belə düşünürsünüzsə, bilin ki, bu, müsəlman dünyagörüşü deyil.

 Hz. Adəm (ə.s) belə düşünsəydi, Həvvasına, daha sonra da Cənnətinə qovuşa bilməzdi.

Hz. Yusuf (ə.s) belə düşünsəydi, qardaşları tərəfindən itələndiyi qaranlıq quyudan çölə çıxa bilməzdi. Hz. Yunus (ə.s) belə düşünsəydi, balığın qarnında qalardı.

Hz. İbrahim (ə.s) Nemrudun atəşində yanardı. Peyğəmbərlərimiz ən çətin anlarda belə təslim olmadılar; ürəklərindəki imana və iman qaynaqlı ümidə yapışıb, xilas oldular.

Beləcə, hər şəraitdə ümid işıqlarının varlığını isbat etdilər. Bilin ki, ümid işıqları heç bir zaman tamamilə sönməz:

Çünki hər halımızı görən və bilən BİRİ var... ALLAH (c.c)

Elə isə ümidlənək:

Hz. Yusufu (ə.s) qaranlıq quyuda tapıb qurtaran, bizi də çətinliklərdən qurtara bilər...

Hz. Yunusu (ə.s) balığın qarnından qurtaran, bizi də iç qaranlığımızdan qurtara bilər...

Hz. İbrahimi (ə.s) Nemrud atəşindən qurtaran, bizi də şeytan atəşindən qurtara bilər...

Bu halda "çarəsizlik" yoxdur... Yalnız özünü çarəsiz hiss etmək vardır!

Həyat diqqət istəyir!.. Çünki bir dəfə yaşanır.

"Sınaq-yanılma" metodunu tətbiq şansımız yoxdur. Yaşadığınız anları geriyə dönüb yenidən yaşaya bilməzsiniz. Təkrar başlaya bilməzsiniz. Bu baxımdan hər an son an qədər qiymətlidir.

18 sentyabr 2011
GO BACK