Qadin.NET / Allah kimsəyə dözə bilməyəcəyini yükləməz

Allah kimsəyə dözə bilməyəcəyini yükləməz

Allah kimsəyə dözə bilməyəcəyini yükləməz

Bunu yaxşı bil, düşün, bu həyatın axışı

Belədir, hər baharın mütləq vardır bir qışı" demiş şair!..

Bəli, bir gün gələcək, parıltılı, dəbdəbəli, səltənət içində keçən həyatın da bir küçə fənərinin söndüyü kimi sönəcək!.

Bunu da ağılından heç çıxarma...

Bəlkə bu anda çox dərdlisən... Bəlkə "artıq yetər" deyirsən... Bəlkə də özündən keçmisən. Bəlkə də ağlayırsan...

Bəlkə bütün bu müsibətlərin sonunda əlinə nəsə keçib-keçməyəcəyini düşünməkdəsən...

O zaman eşit! Rəbbin sənə söyləyir:

Səbr edənlərə, fəlakətlərə qarşı dişlərini sıxıb, sinə gərənlərə, mükafatları hesabsız ödənəcək! [Zumər surəsi (39) 10]

Bəlkə də o qədər insanın içindən niyə sənin seçildiyini soruşursan... Halbuki, Rəbbinin seçdikləri qiymətlilərdir!

İçinizdən mücahidlərlə səbr edənləri ortaya çıxarana qədər əlbəttə sizi sınayacağıq!

Həyat bir imtahan deyilmi? Hər problem əbədi həyatında iştirak edən bir kərpic... Nəfəs alıb verdiyin hər an yeni bir problemə hamilə... Onlar olmasaydı, sonsuzluq yurdunda sənə aid heç bir şey də olmayacaqdı! Dərdin yoxsa kədərlən əsl! Dərdlisənsə bil ki, O səni sevir! Bax, Sevdiyin nə deyir?

ALLAH (cc) xeyirini dilədiyi adamı çətinliyə salar!

Bəlkə sən Səhabələri Uhud qədər acı çəkmədin... Bir gün kralları onları iman etdikləri üçün atəş dolu xəndəklərə atdırmışdı!

Bəlkə sən Əbu Zərr (r.a) qədər acı çəkmədin... Əmisi inandığı üçün onu həsirə büküb yandırmışdı!

Bəlkə sən Vəhşi qədər acı çəkmədin... Sevgilisi ona "Mənə görünmə" demişdi! 

Bəlkə sən Yaqub (ə.s) qədər acı çəkmədin... Yusifi (ə.s.) əlindən alınmışdı!

Bəlkə sən Xədicə (r. anha) qədər acı çəkmədin... Hz. MƏHƏMMƏD (s.a.v) yurdundan qovulmuşdu!

Unutma:

Rəbbin kimsəyə dözə bilməyəcəyindən artığını yükləməz!

Bəlkə ürəyindir ağrıyan,

Bəlkə bədənin,

Bəlkə də ruhundur qıvrılan,

Bəlkə də yoxluqdur səni qucaqlayan,

Bəlkə də min bir müxtəlif müəmma...

Hər nə vəziyyətdə olsan ol, dilinə yaraşar bu dua;

LA ILAHƏ ILLA ƏNTƏ BHANƏINNI NTÜ MINƏZZALIMIN...

Səndən başqa ilah yoxdur... Sən bütün nöqsanlıqlardan münəzzəhsən... Şübhəsiz, mən nəfsinə zülm edənlərdən oldum.

25 sentyabr 2011
GO BACK