Adi həftə sonlarından biri idi. Tətilin dadını çıxarmaq üçün yuxudan gec qalxmış, nahar edib "Bu gün nə edə bilərəm? Qalan vaxtımı necə qiymətləndirə bilərəm?" - deyə düşünərkən cib telefonum çaldı. İşlə əlaqədar xəstəxanadan axtarırdılar. "Nə ola bilər ki? Ümid edirəm tətilimi məhv edəcək bir şey deyil" - deyə düşündüm. Telefondakı xəstəxana işçisi İstanbula bir xəstənin aparılacağını, tibb bacısı olduğum üçün onu müşayiət edəcəyimi və ən geci 20 dəqiqə içərisində xəstəxanaya gəlməyimin lazım olduğunu söylədi. Mən təbbi ki, hazırlaşdım. Amma deyinə-deyinə, çünki bu səfərin həyatımı dəyişdirəcəyini ağlıma belə gətirə bilməzdim.
Xəstəxanaya gəldiyim zaman təcili yardım maşını hazır halda məni gözləyirdi. Lakin xəstə yox idi. Evindən götürüb, daha sonra da Fatehdəki evinə buraxacaqdıq. "Demək, xəstənin əhəmiyyətli bir problemi yoxdue" - deyə düşündüm. Bəzi lazım olan şeyləri aldıqdan sonra yola düşdük.
Xəstənin evinə çatdığımız zaman bizi bir həkim qarşıladı. Xəstənin beynində şiş olduğunu və nə etməli olduğumu bir-bir izah etdi. Xəstəni xərəklə təcili yardım maşınına götürdüyümüz zaman şüuru yarıaçıq idi. Bəzən bizi eşidir, bəzən də dərin bir yuxudaymış kimi heç danışmırdı. Onu həyat yoldaşı da müşayiət edirdi. Bir müddət bu şəkildə getdikdən sonra xəstə sidiyinin gəldiyini söylədi. Bəzi şeylər vasitəsilə bu işi həll etdik. Daha sonra həyat yoldaşının qulağına nəsə pıçıldadı. "Yoldaşınızın ağrısı varmı?" - soruşdum. "Xeyr, namaz vaxtı gəldimi deyə soruşur. Dəstəmaz alacaqdı" - dedi. "Necə yəni? Yerindən belə qalxa bilmir, bəs dəstəmazı necə alacaq? Üstəlik, verdiyimiz dərmanlar davamlı sidiyi çıxarır, buna görə də dəstəmazı tez-tez pozulacaq. Bəs o zaman nə edəcəyik?" - deyə düşündüm. Xəstənin gözləri dərmanların təsirilə yavaş-yavaş bağlandı və o, dərin yuxuya getdi. Bir müddət səfərimiz bu şəkildə davam etdi. Xəstə bir ara gözlərini açıb "Namaz vaxtı gəldimi?" - soruşdu. "Bəli" - deyə yoldaşı cavab verdi. Xəstə təcili yardım maşınını uyğun bir yerdə dayandırıb məndən özü üçün kərpic parçası axtara biləcəyimi soruşdu. "Təbii ki, axtararam. Amma kərpic parçasını neyləyirsiniz?" "Dəstəmaz alacam, xanım" - əldən düşmüş bir şəkildə cavab verdi. Elə o dəqiqə "yoldayam, yuxusuzam, bir az sonra qılaram" - deyə qəzaya buraxdığım namazlarım gəldi ağlıma.
Maşını dayandırdıq və kərpic parçası axtarışına çıxdım. Bir addım, iki addım, bir də baxdım ki, kərpic parçası qarşımda dayanır. Sanki hansısa bir əl onu mənim götürməyim üçün onu oraya qoymuşdu. Kərpic parçasını götürüb xəstəyə verdim. Daşı qarınının üzərinə qoydu və səfər boyunca hər dəstəmazı pozulduğu zaman təyəmmüm edib dəstəmaz aldı və ardından namazını qıldı. Şüuru yerindəykən dodaqlarında həmişə bir mırıltı dayanmadan dua edirdi.
"Ya Rəbbim, bu yaşadıqlarım nədir? Bu insanlar gerçək ola bilərmi" - deyə keçirirdim içimdən. Yerindən qalxa bilməyəcək qədər xəstəykən "Namaz vaxtı gəldimi" deyə soruşurdu adam. Qeyri-mümkün olduğunu düşünərkən kərpic parçasını tapmağım, xəstənin davamlı təyəmmüm dəstəmazı alması o qədər qəribə gəlmişdi ki.
"Başım ağrayır, revmatizmim var, ayaqlarımda göbələk var, yuxusuzam, yorğunam, işim çoxdur" kimi bəhanələrlə dəstəmazdan, namazdan qaçanlar gəldi ağlıma. Özüm gəldim ağlıma. Utandım və o adamı tanıdıqdan sonra namaza dörd əllə sarıldım, sanki namazla yenidən dirildim.
Yəqin ki, xəstənin sonu ilə maraqlanırsınız. Xəstə az müddət sonra vəfat etmişdi. Necə öldüyünü yəqin ki, təxmin edirsiniz.
Baxdım ki, dünya həyati bir oyun və əylənmədir. Gördüm ki, gələn gedir, gedən gəlmir. Günlərimsə payız yarpaqları kimi tökülür. Külək kimi əsib gedən ömürümə yandım, bir sərinlik axtardım. Anladım ki, ruhumun ayrılıq dərdinə ancaq Allah sevgisi dərman ola bilər.