Qadin.NET / İmtahansız bir dünya necə olar?

İmtahansız bir dünya necə olar?


İmtahanın olmadığı bir mühitdə insanı insan edən bütün gözəlliklər bir anda ortadan itər. Gözəl əxlaqın gətirdiyi dəyərlər, fədakarlıq, vəfa, səbir, sevgi, mərhəmət, hörmət, həmrəylik, dostluq kimi gözəlliklər birdən-birə mənasızlaşar. Xeyrlərdə yarışmaq, yaxşılıq edib önə keçmək, qarşındakının nəfsini öz nəfsindən üstün tutmaq gərəksiz görülər. Edilən heç bir şeyin dəyəri və əhəmiyyəti qalmadığı üçün insanın da, yaşadığı həyatının da mənası qalmayacaq.

İnsanın dünyadakı imtahana gözəl bir təvəkküllə cavab verməsinin, buna səbir göstərməsinin tək səbəbi Allaha olan dərin eşqidir. Əgər imtahan verməzsə, Allah eşqi olmazsa, o zaman hər şey dümdüz olar. İnsanın zövq alacağı bütün əxlaqi dəyərlər ortadan qalxacağı üçün insan, yeyib içib yatmaq xaricində heç bir məqsədi və həyatdan heç bir gözləməsi olmayan, nə etdiyi işdən, nə də yaşadığı həyatdan zövq ala bilməyən qəribə bir məxluqa çevrilər. Bu həyat eynilə Darvinistlərin illərdir insanlara təlqin etməyə çalışdığı saxta həyat anlayışıdır. İnsan imtahanın olmadığı, bu səbəbdən bütün əxlaqi və gözəl dəyərlərin itirildiyi, heç bir məqsədin qalmadığı dünyada, tam da Darvinistlərin iddia etdikləri kimi, heyvandan fərqsiz bir orqanizmə çevriləcəyi üçün həyatı da eynilə heyvanları xatırladacaq. Bu dünyada Allah üçün göstərilən səy sona çatınca, geriyə yalnız bu orqanizmin həyatda qalma döyüşü qalacaq.

Burada bu xatırlatmağı etməkdə fayda vardır: Heyvanların belə Allahın özlərinə ilham etdiyi bir şəfqət, sevgi, vəfa, fədakarlıq və həmrəylik anlayışları vardır. Bu səbəbdən imtahanın olmadığı bir mühit, məqsədsiz yaşayan və bütün bu dəyərlərini yox etmiş insanları heyvandan da aşağı bir mövqeyə gətirəcək. Uca Allah, öz nəfsini ilah edilən inkarçıların heyvanlardan daha aşağı bir mövqedə olduqlarını ayəsində bildirmişdir:

Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar) (Furqan Surəsi, 44)

Sonda yazımı ən çox sevdiyim bir sözlə bitirmək istərdim:

Mövlam sənə dərd verdi deyə kədərlənmə, sığın dərdi sənə verənə... Bir ''of'' belə demə... dərdi verən dərman verməzmi?

8 sentyabr 2011
GO BACK