Allah tək, vahid və hər şeyə qadirdir. Həqiqətən Rəbbimiz göyləri, Yeri, Günəşi, Ayı, bütün kainatı, ümumən canlı aləmi altı günə yaratmış, gecə ilə gündüzün bir-birini əvəz etməsini nizamlamış, onları bürüyən Günəşi, Ayı və ulduzları əmrinə tabe etmişdir. Allah suda və quruda nə varsa, hamısını bilir. Elə bir düşən yarpaq, Yerin zülmətləri içində elə bir toxum, kainatda elə bir şey yoxdur ki, Allah onu bilməsin, Qeybin açarları Allahın əlindədir, onları ancaq Allah bilir. Dünyanın axırı çatanda (qiyamət günü) Allah bütün ölüləri dirildəcək və əməllərinə görə mühakimə edəcək.
İslam dininin Allahı, yəhudilərin və xristianların ibadət etdikləri Allahın özüdür. Allah vaxtaşırı peyğəmbərləri adamlar içinə göndərmişdir ki, onlar adamları düzgün yola dəvət etsinlər. Məsələn, Musa (Moisey) və İsa (İusus) belə peyğəmbərlər olmuşlar. Lakin onların davamçıları Allahın əmrlərini, əhdlərini və simasını təhrif etmişlər. Məhəmməd Allahın adamlar içinə göndərdiyi sonuncu elçidir. Allahın özünün kəlamı olan Quran Məhəmmədin dili ilə deyilmişdir.
Allah yeganə ilahi varlıqdır. Onun nə oğulları, nə də şərikləri və ya yoldaşları ola bilməz. Təkallahlılıq İslamın səciyyəvi xüsusiyyətlərindən biridir. Bununla o, üç uqnum (Həzrəti İsa həm Tanrı və ata, həm oğul, həm də müqəddəs ruhdur) haqqında xristian ehkamını tamamilə inkar edir. Allah insanların taleyini həll edir, onlar isə Allaha itaət etməli , Onun mərhəmətinə pənah gətirməlidirlər. Mərhəmət Allahın başlıca keyfiyyətlərindən biridir. Allahın heç bir konkret obrazı yoxdur və təsvir edilə bilməz. Ona namaz qılmaqla səcdə edilir. Allah ibadət edilən əsas yer Məkkədəki Kəbədir : Allahın göydən göndərdiyi “qara daş” oradadır.