Qadin.NET / Ruh tərbiyəsi

Ruh tərbiyəsi

Ruh tərbiyəsi

Ruh Allahdan gəlmişdir və yenə Allaha dönəcək. İnsanı mələklərdən üstün, heyvanlardan daha aşağı edən, insanı yaxşı və ya pis edən həmişə ruhdur. Bunun üçün ruhun sağlamlığı və tərbiyəsi çox əhəmiyyətlidir. Ruhun sağlamlığı qüvvətli imanla, ibadətlə bəslənməsiylə, pis xasiyyətlərdən təmizlənməsi ilə reallaşar. Ruhun xəstəliklərinin ən fəlakətlisi pis xasiyyətlər və dünya sevgisidir. İnsanın pis vərdişlərdən qorunması, dünya sevgisindən təmizlənməsi, zikrlə məşğul olması ruhi xəstəlikləri yox edər.

Ailə vəzifələri

Ailə hər bir insanın mənsub olduğu kiçik cəmiyyətdir. Bütün gözəlliklərin qaynağı ailədir. İnsan böyükləri saymağı, kiçikləri sevməyi, bütün insanlarla yaxşı davranmağı, Allahına və peyğəmbərinə qarşı olan vəzifəsini ailəsindən öyrənər. O baxımdan ailədə verilən tərbiyənin təsiri çox böyükdür.

 Uşaqların valideynlərinə qarşı vəzifələri

Anasına, atasına sözü və malı ilə yaxşılıq etmək, onlara qarşı kobud və sərt söz işlətməmək, çağırdıqları vaxt dərhal gəlmək, yanlarında yüksək səslə danışmamaq uşaqların valideynlərinə qarşı vəzifələridir.

Ərlə arvadın bir-birinə qarşı vəzifələri

Hər şeydən əvvəl ərlə arvad arasında səmimi sevgi və hörmət olmalıdır. Evlənmiş olan bir kişi evinə qarşı olan vəzifələrini bilməli, yuvasını möhkəmləndirmək üçün çalışmalıdır. Kişi evin xarici işlərini düşünməli və hər cür ehtiyacları qarşılamalıdır. Arvadına qarşı daim nəzakətli və yumşaq rəftar olmalıdır. Qadın isə ərinə sevgi və hörmətlə bağlanmalı, evin idarəsinə və uşaqların tərbiyəsinə diqqət yetirməlidir. Qadın ərinin qazandıqlarını israf etməməlidir. Ərinə itaət edən müsəlman qadının gedəcəyi yer cənnətdir. Ərinin istəmədiyi şəxsləri evə almamalıdır. İcazəsiz və lazımsız şəkildə evdən çölə çıxmamalıdır.

Qohum haqları

Qohumlar ailəmizin bir parçasıdır. Onlara qarşı ediləcək vəzifələrimiz bunlardır: onlara sevgi və hörmət göstərmək, köməyə möhtac olanlara kömək etmək, onları unutmamaq, hallarını və xətrinə soruşmaq vəzifəmizdir.

İslam əxlaqı olan bir müsəlmanın sifətləri:

 - Allahın birliyinə, onun mələklərinə, peyğəmbərlərinə və onlara vermiş olduğu kitablara, axirət gününə, öldükdən sonra dirilməyə, qəza və qədərə inanmaq, dili və ürəyi ilə təsdiq etmək.

- Həzrəti Məhəmmədin (SAS) göstərdiyi şəkildə namaz qılmaq, oruc tutmaq, Həccə getmək, zəkat vermək, yetimlərə və kasıblara kömək etmək.

- Hər zaman Allaha güvənmək və ondan əsla ümidi kəsməmək.
- Anaya ataya itaət etmək.- Əmanətə xəyanət etməmək.- Verdiyi sözdə dayanmaq.- Təmiz olmaq.- Dinlə qadağan olunan şeylərdən qaçmaq.- Yalan danışmamaq, yalan yerə and içməmək.- Allah üçün sevmək.- Həqiqi bir müsəlman olmağa çalışmaq və insanlara gözəl nümunə olmaq.

 

15 oktyabr 2011
GO BACK