Mövzu sağlıqlı qidalanma olduğunda bəzi ümumi qaydalar heç dəyişmir,bəzi insanlara və sağlıq vəziyyətlərinə xüsusən qidalanma alışqanlığında edilən dəyişikliyin səbəbinə görə bu qaydaları bir miqdar tənzimləməmiz lazımdır.Məsələn;günlük olaraq 4-5 porsiya meyvə və tərəvəz,fərdi ehtiyaclarımızı da nəzərə alaraq 60-90 qram ət qəbul etməliyik.Yenə süd və süd məhsullarından da ən az 2-3 porsiya qəbul etməliyik.Gün içərisində ehtiyac duyduğumuz bu süd,ət,çörək,meyvə və tərəvəz kimi qida qruplarını isə 3 əsas və 3 ara yeməkdə qəbul etməliyik.Ancaq imsaqdan iftara qədər ac və susuz qaldığımız bugünlərdə 3 əsas və 3 ara yeməkdə qidalanmamız mümkün deyil.Bunun yerinə bir imsaqdan digərinə gün içərisində lazım olan miqdarı qəbul etməyə çalışmalı və bəzi qaydalara diqqət etməliyik.B u qaydalardan bəziləri bunlardır:
1.İmsaqda səhər yeməyində istifadə edilən qidaları qəbul edin.
İmsaqda bu qidaları qəbul edərək yüngül qidalanmalı və gecə saatlarında bədənimizə yüklənməməliyik.İmsaqda qatıq vəya süd kimi qlisemik indeksi aşağı olan qidaları qəbul edərək gün içərisində acalmanın da qarşısını ala bilərik.Eyni zamanda normalda gün içərisində qəbul etməmiz lazım olan 3-4 porsiya meyvənin də bir ədədini imsaqda yeyə bilərik.Beləliklə xüsusilə B və C vitaminləri də lazım olan miqdarda ala bilərik.Bunlara əlavə olaraq taxıllar arasından da tam taxıllı,kəpəkli və bol sıxalı məhsulları seçərək yenə qan şəkərimizi tarazılaya bilərik.
2.Su qəbulunu tənzimləyin.
İmsaqa başlarkən ilk öncə 2 stəkan su için.İmsaqınızı etdikdən sonra isə içəbildiyiniz qədər suyu 20 dəqiqəyə bölüşdürərək az az için.İftarda orucunuzu bir ədəd xurma vəya zeytunla açdıqdan sonra 2 stəkan su için.İftarınızı 2 əsas parçaya bölüb sonra isə 2 ara yemək yeyin.Hər əsas yeməkdən sonra yenə 2 stəkan su için.Ən sonda ara yeməyi də yedikdən sonra təkrar 2 stəkan su için.Beləliklə günlük olaraq ən az 2 litrə qədər suyu qəbul etmiş olacaq,eyni zamanda iştahınızı da tənzimləmiş olacaqsınız.Ramazan ayında ən sıx qarşılaşılan problemlərdən biri olan qəbizlik probemi de yox olacaq.
3.İftarınızı 2 əsas və 2 ara yeməyə bölün
Orucunuzu su ilə açıb şorbanızı və salatınızı yedikdən sonra 20-30 dəqiqəlik ara verin.Daha sonra qəbul etməniz gərəkən tərəvəz və ət yeməyini yeyin.Nəticədə qan şəkəri tarazılığını pozmadan şəkərimizi yavaş yavaş yüksəldərək tənzimləmiş oluruq.Eyni zamanda B və C qrupu vitaminlərini də lazimi miqdarda almış olacağıq.Beləliklə antioksidanlar baxımından əksik qalmayan bədənimizin müqaviməti də düşməmiş olacaq.Tərəvəz və ət yeməyini də yedikdən sonra 1 saatlıq ara verin və bu aradan sonra 2 porsiyaya qeder meyvənizi yeyin.İstədiyiniz hərhansı meyvəni seçə bilərsiniz.Vacib olan qəbul etdiyiniz meyvənin miqdarıdır.Məsələn kiçik bir salxım üzüm,1 ədəd kiçik alma vəya 4 ədəd quru qaysı qəbul edəbilərsiniz.Eyni zamanda şəkərsiz olaraq hazırladığınız kompotları qəbul edə bilərsiniz.Meyvənizi yedikdən sonra hələ də şirniyyat ehtiyacı hissedərsinizsə südlü şirniyyatları seçin.Beləliklə həm süd məhsullarını qəbul etmiş olacaq həm də artıq kalori almamış olacaqsınız.Eyni zamanda qan şəkərinizin də yüksəlməsinin qarşısını almış olacaqsınız.
4.Əzələ itkisinin qarşısını almaq üçün imsaqda ən az həftədə 4 dəfə yumurta yeyin.
Yumurta ana südündən sonra protein keyfiyyəti baxımından ən keyfiyyətli qaynaqdır.Qəbul edildikdən sonra tamamı bədən toxumasına çevriləbilir.16 saat kimi ac qalınan imsaq-iftar aralığında əzələ itkisi baxımından yumurtanın qəbul edilməsi vacibdir.Ancaq hərhansı bir ürək rahatsızlığı olanlar və qan xolesterol dəyərləri yüksək olanlar həftədə ən çox 2 dəfə yumurta yeməlidirlər.
5.Çay,qəhvə yerinə bitki çayı,quru yemiş olaraq qoz,fındıq,badam yeyin.
Çy və qəhvə içib kafein almaq yerinə xüsusən mədə və bağırsaq problemlərinə qarşı bir çox xeyiri olan alma,çobanyastığı,yaşıl çay kimi bitki çaylarını seçin.Eyni zamanda quruyemişlərdən də qoz,badam və fındığı seçərək omega-3 və antioksidanlarla immunitetinizi gücləndirə bilərsiniz.
ALLAH oruclarımızı qəbul etsin...