Qadin.NET / Allahın Rəsuluna inam insanı ucaldar

Allahın Rəsuluna inam insanı ucaldar

                 

Rəsulullah  bir  bədəvidən  at almışdı. Peyğəmbərimiz  bədəvidən  atı  evə qədər gətirməsini və orada pulunu almasını xahiş etdi. Özü tez-tez addımladığı üçün bir az qabaqda idi. Bədəvi isə yavaş yeridiyi üçün arxada qalmışdı. Bu zaman bəzi adamlar bədəvinin yanına gəlib atı almaq üçün sövdələşməyə başladılar. Onlar daha artıq qiymət təklif etdilər. Çünki Peyğəmbərimizin atı aldığını bilmirdilər. Bədəvi Rəsulullaha səslənərək:

-  Bu atı alınarsa al, yoxsa satıram! – dedi.

Allahın Rəsulu bədəvinin bu sözünü  eşidən kimi ona tərəf dönüb:

 - Mən ki onu səndən aldım! – buyurdu.

Amma bədəvi: 

- Vallah, mən onu sənə satmadım!- deyə inkar etməyə başladı.

Peyğəmbərimiz:

 - Yox! Mən onu səndən aldım,- dedi.

Bu dəfə  bədəvi: 

- Şahid gətir!- dedi.

Hüzeymə bin Sabit o dəqiqə irəli atılıb: 

- Mən şahidlik edirəm,siz onu aldınız! –   dedi: 

Allahın Rəsulu Hüzeyməyə yaxınlaşaraq:

 - Sövdələşərkən sən bizim yanımızda deyildin, necə şahidlik edə bilərsən? – deyə soruşdu.

Hüzeymə:

Sənə olan təsdiqim ilə, ey Allahın Rəsulu!- dedi.

 Rəsulullah bu misilsiz sədaqətinə görə Hüzeymənin şahidliyini iki nəfərin şahidliyi yerinə qəbul etdi.





 

9 oktyabr 2011
GO BACK