Dostlarından biri Hz.Marufi-Kərhidən:
- Ey Maruf! Səni bu dərəcədə ibadətə sövq edən nədir? – deyə soruşdu.
Həzrət susdu. Dostu təkid edərək:
-Ölümü xatırlamaqmı?-dedi.
Marufi-Kərhi cavab verdi:
- Ölüm dedyin nədir ki?
- Qəbir və bərzəx aləmini düşünməkmi?
- Qəbir dediyin nədir ki?
Dostu yenə təkid edərək:
- Cəhənnəm qorxusu və ya Cənnət ümidimi? -deyə soruşdu. Bunun müqabilində Hz.Marufi-Kərhi bu möhtəşəm cavabı verdi:
- Bunlar nədir ki? Bu saydığın şeylərin hamısını əlində saxlayan Zati-Kibriya elə uca bir Rəbdir ki, əgər Ona qarşı dərin bir məhəbbətə və qızğın sevgiyə sahib ola bilsən, bu dediklərinin hamısını sənə unutdurar. Allah ilə aranda bir mərifət, bir məhəbbət meydana gələr və bunun sayəsində O, səni saydıqlarının hamısından qurtarar.