Bundan çox əvvəl məqamı çox yüksək olan bir şeyx vardı. Camaata yol göstərən bir mayak kimi idi. Bu şeyxin uşaqları ölmüşdü. Bir gün səhər xanımı ona belə dedi:
- Ey əfəndi! Qəlbin niyə bu qədər qatıdır? Sənin oğullarının ölümündən belimiz büküldü. Gözlərimizdən qanlı yaşlar axır, amma səndə heç ağlama, fəryad yoxdur. Yoxsa könlündə mərhəmət qalmayıbdır?
Şeyx belə cavab verdi:
- Mərhəmətsiz və qatı qəlbli olduğumu düşünmə. Mən Allahın nemətlərinə nankorluq etdikləri halda kafirlərə belə yazığım gəlir. Hətta insanlar daş atdığına görə itlərə belə yazığım gəlir.
- Bəs niyə ölən uşaqlarına ağlamırsan? Göz yaşı mərhəmətin dəlilidir. Ürək yanmadan göz yaşarmaz. Niyə ağlamırsan?
- Onlar mənim gözümün önündən getmədilər ki. Onları gözümün önündə gördüyüm halda niyə sənin kimi ağlayıb-sızlamalıyam ki? Hamı ölənlərini yuxuda gördüyü kimi, mən də gözüaçıq olaraq yuxudakı kimi görürəm.
***
Sevmək,sevdiyini bir an belə gözündən itirməmək, könlündən çıxarmamaqdır!