Qadin.NET / Yemək və içməkdə halal və haram (2)

Yemək və içməkdə halal və haram (2)

Yemək və içməkdə halal və haram (2)

"Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir” (ən-Nisa 14). Əbu Abdullah ən-Numan b. Bəşir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – belə buyurduğunu eşitdim: “Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu ikisinin arasında bəzi xüsuslar vardır ki, insanların bir çoxu bunların (hökmünü) bilməzlər. Hər kim bu şübhəli şeylərdən qaçarsa, öz dinini və şərəfini qorumuş olar. Hər kim də bu şübhəli şeylərə düşərsə, harama düşmüş olar. Necə ki, qadağan olunmuş bölgənin ətrafında öz (qoyunlarını) otaran, lakin o qadağan bölgəsinə öz (qoyunlarını) buraxmayan çoban kimi. Həqiqətən, hər bir hökmdarın qadağan bölgəsi vardır. Allahın qadağan bölgəsi isə onun haramlarıdır. Bunu da bilin ki, insan bədənində elə bir ət parçası var ki, əgər o, sağlam olarsa, bütün bədən sağlam olar, yox əgər o, xəstə olarsa, onda bütün bədən xəstə olar. Bilin ki, bu qəlbdir” (Buxari 52, Müslim 1599). Əbu Hureyrə, AbdurRahman b. Saxr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – belə buyurduğunu eşitdim: “Sizə nəyi qadağan edirəmsə, ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə, ondan bacardığınız qədər istifadə edin. Şübhə yox ki, sizdən əvvəlki ümmətləri çox sual vermələri və Peyğəmbərlərinə müxalif olmaları məhv etdi” (Buxari 7288, Müslim 1337. – Bu hədisin əvvəli belədi: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin”. Bir nəfər: “Ey Allahın Rəsulu! Hər il Həcc edək?”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər: “Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı...”). Həsənul Bəsri – rahmətullahi aleyhi - deyir ki: “Adəm oğlu, sənin Allahın sənə qarşı açdığı savaşa gücün çatacaqmı? Çünki kim Allaha üsyan edərsə, o kimsə Allaha qarşı savaş açmışdır. Günah nə qədər çirkin olarsa, Allaha açılan savaş da ondan min qat çirkin olar” (Camiul Ulum, s. 315). Sauban – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mənim ümmətimdən bir qrup insanlar olacaq ki, Tiham dağı boyda xeyirli əməllərlə gələcəklər. Lakin Allah onların əməllərini puç edəcəkdir. Sauban: “Ya Rəsulallah! Onları bizə vəsf et ki, onlardan olmayaq”, dedim. Peyğəmbər: “Onlar sizin qardaşlarınızdır, dəriləri də sizin dəriləriniz kimidir. Lakin onlar Allahın qadağaları ilə tək qaldıqda onları pozarlar” (Səhih İbn Məcə 3423).

İtaətkar kimsə haramları tərk etməklə ləzzət duyar. Allah üçün bir şeyi tərk etdiyi üçün Allah da ona daha xeyirlisi ilə əvəz edər və o kimsə qəlbində imanın ləzzətini duyar. “Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükr edin!” (əl-Bəqərə 172)

Yemək və içməkdə halal və haram (2)

Qadağan olunmuşun (haramın) qidada istifadə edilməsi iki qismdir:

1) İnsan qidalanır o məhsullarla hansı ki, özüldə icazəlidir (halaldır). Lakin bu məhsulların əldə edilməsi qadağan edilmiş yollarla olur. Məs: Faizdən, rüşvətdən, oğurluqdan, quldurluqdan, qadağan olunmuş şeylərin satışından (içki, donuz) və s. yollarla.

2) İnsan qiddalanır o, məhsullarla hansı ki, özüldə haramdır (qadağandır). Donuz, içki, caynaqlı və azı dişli heyvanlar və s. hansı ki, özüldə qadağan edilmişdir. Hətta bu kimi şeylər halal yolla əldə edilmiş pulla alınarsa belə.

Allahın xalqlara, ümmətlərə göndərdiyi hər Nəbi və Rəsuluna yaxşı işlər görməyi və təmiz (halal) nemətlərdən yemək əmr edilmişdir. Nə qədər ki, qida halal yolla olarsa, əməllər də saleh olar. Haram ilə qidalanmağın ziyan və təhlükəsi cəza olaraq bu dünyada əməllərin və duaların qəbul olunmamasıdır, axirətdə isə buna görə cəza vardır. İbni Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Halal ilə qidalanmaq duanın və ibadətin qəbul olunması üçün səbəbdir. Haram ilə qidalanmaq isə duanın və ibadətin qəbul olunmasına maneədir”. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak olanı da qəbul edir. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdir. Allah buyurur: “Ey Peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!”(əl-Muminun 51). “Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin!” (əl-Bəqərə 172). Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Saçı-saqqalı bir-birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən birisini xatırladaraq, bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim! Ya Rəbbim deyə dua etsə, necə ola bilər ki, onun duası qəbul olunsun” (Müslim 1015). Belə ki, bu kimsə duanın qəbul olunması üçün bütün səbəbləri götürmüşdür: Səfərdə idi, əllərini səmaya qaldırmışdı, zəlil bir görkəmdə idi. Lakin haram ilə qidalandığı üçün bunların heç biri ona fayda vermədi.

Bir gün insanlar Cunduba – radıyallahu anhu - : “Bizə vəsiyyət et!” deyə xahiş etdilər. O: “İnsanın (öldükdən) sonra ilk çürüdüyü orqanı onun qarnıdır. Hər kim (şübhəli qazanclardan çəkinib) yalnız halal loxma ilə keçinməyə gücü çatarsa, bunu etsin. Hər kim də özü ilə Cənnət arasına (haqsız yerə) tökdüyü bir ovuc qanla ayırmamasını istəyirsə, bunu etsin” (Buxari 7152)

Zeyd b. Ərqam – radıyallahu anhu - rəvayət edir ki, Əbu Bəkrin – radıyallahu anhu - bir qulluqçusu var idi. Onunla şərt kəsmişdi ki, özünü satın alıb azad edəcəkdir. Hər dəfə o, bir şey gətirdikdə Əbu Bəkr – radıyallahu anhu - ondan soruşardı: “Haradandır bu?”. Əgər cavab onu qane edərdisə yeyərdi, qane etmədikdə isə yeməzdi. Oruclu günlərin birində qulluqçu ona yemək gətirdi. Əbu Bəkr – radıyallahu anhu - yeməyin haradan olduğunu soruşmağı unudaraq yeməkdən bir loxma ağzına qoydu. Xatırladığı zaman: “Bu yemək haradandır?”, deyə soruşdu. O: “Cahiliyyə vaxtı mən kahinliklə (gələcəyi xəbər verən) məşğul idim. Həqiqətdə isə bu belə deyildi və mən sadəcə (insanları) aldadırdım. Bu yeməkdə (həmən işin) əmək haqqıdır. Əbu Bəkr: “Sənin etdiyin əməl necə də pis bir işdir. Məni həlak edəcəkdin?”. Sonra yediyini qusmağa çalışdı. Lakin bacarmadı. Ona su ilə çıxacağını dedilər. O, da su içərək qaytarmağa başladı. Mədəsində olan hər bir şeyi qaytarmaqla təmizlədi. Ona: “Sən bütün bunları bir loxmaya görə edirsən?” dedilər. Əbu Bəkr: “Əgər bu məndən canımla birlikdə çıxsaydı belə, mən bunu edərdim. Həqiqətən. mən Peyğəmbərin – sallallahu aleyhi və səlləm – belə buyurduğunu eşitdim: “Cəhənnəm oduna ən layiq bədən haram ilə qidalanandır” (Əbu Nuym 1/31, Beyhəqi 5760, əl-Albani “Səhih”).

Azərbaycan dilinə tərcümə olunmuş bu kitabın əsası kimi istifadə olunmuşdur: «Рћ необходимости употребления РІ пищу дозволенного Рё положения связанные СЃ закалыванием животных» Серия статей «Р°Рґ-Да’уату-Ссаляфия» часть 3, Каир 2006Рі. Həmçinin də özüm tərəfindən də bir çox əlavələr edilmişdir.

İlk növbədə, Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə, bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəfəqiyyət bəxş edən və xətalardan qoruyan odur. “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına umid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et!” (əş-Şüəra 78-85).

Allahın salat və salamı Onun Peyğəmbəri Muhəmmədə – sallallahu aleyhi və səlləm –, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun! Toplayan və tərtib edən: K.Hüseyn ...

 

Ardı var...

 

 

22 dekabr 2017
GO BACK