Bir gün İbrahim Edhəmhəzrətlərindən soruşdular;
- ALLAH TƏALA buyurur ki ; ( Ey qullarım! Məndən istəyirsiniz! Qəbul edərəm, verərəm!) Halbuki, istəyirik vermir.
Cavabında buyurdu ki;
- ALLAHI çağırırsınız. Ona itaət etməzsiniz!
- Peyğəmbərini “sallallahü aleyhi və selləm “ tanıyırsınız. Ona uymarsız!
- Qurani Kərimi oxuyursunuz. Göstərdiyi yolda getməzsiniz!
- Cənab Hakkın nemətlərindən faydalanarsınız. Ona şükr etməzsiniz!
- Cənnətin ibadət edənlər üçün olduğunu bilirsiniz. İbadət etmirsiniz!
- Cəhənnəmi asilər üçün yaratdığını bilirsiniz.Ondan uzaq durmursunuz!
- Öz ayıblarınıza baxmayıb başqalarının ayıblarını araşdırırsınız!
Belə olan kimsələr, üzərinə daş yağmadığına, yerə batmadıqlarına , göydən atəş yağmadığına şükr etsinlər. Duaların nəticəsi yalnız bu olarsa, yetməzmi?