Allahın Elçisi belə deyir: “İsra gecəsi mənə gözəl bir qoxu gəldi və Mən ey Cəbrail bu gözəl qoxu nədir deyə soruşdum? O da dedi ki, bu: “Fironun qızının baş darayanının və övladlarının qoxusudur". Dedim ki, onun hadisəsi nədir? Dedi: “Bir gün o fironun qızının saçlarını darayarkən daraq əlindən düşür və o “Bismilləh” (Allahın adı ilə) deyərək darağı götürür. Bu zaman fironun qızı ona atamı mı qəsd edirsən? dedi. O da xeyir, lakin mənim və atanın Rəbbi olanı dedi. Qız dedi: “O zaman atama xəbər verəcəm”.
O da xəbər ver dedi. Qızı firona xəbər verdiyi zaman Firon o qadını çağırtdıraraq: “Ey filankəs sənin məndən başqa Rəbbinmi var?” deyə soruşdu. Qadında ona: “Bəli” mənim və sənin Rəbbin olan Allah dedi. (O zaman Firon qəzəblənərək) böyük bir qazanın içinə yağ doldurulub altının yandırılmasını, qadın və uşaqlarının da ora atılmasını əmr etdi. Qadın Firona mənim səndən bir xahişim var dedi. Fironda ona ehtiyacın nədəndir deyə soruşdu? O da cavabında: “Bizi yandırdıqdan sonra mənim və uşaqlarımın sümüklərini bir kəfəndə toplayıb bastırmağını istəyirəm” dedi. Firon: “Bu sənin bizim üzərimizdə olan haqqındır" dedi.” Sonra isə onun uşaqlarını gözləri qarşısında bir-bir qaynayan yağa atıb yandırdılar. Sonuncu uşağı isə südəmər olduğundan sanki, ona görə bir az tərəddüd etdi. O zaman uşaq dil açaraq: “Ey ana (sən haqq üzərindəsən) özünü oda at, çünki axirət əzabı dünya əzabından daha şiddətlidir” dedi. O da özünü oda atdı.
(Hədis həsəndir Müsnəd imam Əhməd 3/309” “Heysəmi Məcmə-əz-Zavaid 1/65)