Qadin.NET / İmanın zəifliyi

İmanın zəifliyi

İmanın zəifliyi
Həmçinin imanın zəifliyinə dəlalət edən əlamətlərdən biri də insanların çoxlu günahlara yol verməsi və günahlara biganə yanaşmasıdır. Hər dəfə günah işləyəndə deyir ki, “kiçik günahdır”. Günahları öz gözündə kiçildir. Hər dəfə günah işlədikdə deyir ki, “Əlhəmdulillah, camaatla birlikdə namaz qılmışam”. Yaxşılıqlar pislikləri yuyub aparır. Evə girib televizoru açıb əxlaqsız verlişlərə baxır, musiqiyə qulaq asır, çölə çıxanda yarıçılpaq, dar paltar geyib özünü yad kişilərə göstərir və öz‐özünə deyir: “Bu mənə heç bir zərər toxundurmaz”. Sonra oturduğu məclislərdə insanların qeybətini edir. İnsanların namusu barədə danışır. Qeybət və lağlağa etmədən məclislər onun üçün can sıxıcı olur. Günahların kiçiyinə, böyüyünə məhəl qoymur.
İmanın zəifliyi
İbn Qeyyum Əl‐Cövzi belə buyurur: “Çox qığılcımlar var ki, onlardan böyük bir odlar törəmişdir.” Ey Allahın qulu! Elədiyin bütün günahların hamısı kiçik və böyüklüyündən asılı olmayaraq mələklər tərəfindən əməl dəftərinə qeyd olunur. Adi bir baxışın buraxılmır. Qəzet‐jurnalı açıb oxuyanda ordakı qadına baxıb ləzzət alanda və ya olduğun məclislərin birində oturub qeybətə qulaq asanda, öz nəfsini müdafiə etmək üçün belə deyirdin: ”Kiçik bir şeydir, mən ki, danışmıram”. Bir gün ehtiyaclarından dolayı bazara çıxanda satıcı bir qadına rastlaşıb onunla alışвЂђveriş edəndə başladın onu danışdırmağa, güldürməyə və o zaman “heç nə olmaz, zərurətdir” deyirdin. Ay yazıq insan, məgər sən bilmirsən ki, mələklər sənin bütün günahlarını yazıb əməl dəftərində qeydə alır? Necə ki, Allah Təalə buyurur: “Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!"( əl‐Kəhf, 49)
8 dekabr 2018
GO BACK