1.Şükür-verilən nemətləri yerli-yerində istifadə etmək, Allah Talaya üsyan etməmək, nemətləri istifadə etdikdə sahibini unutmamaq, edilən yaxşılığa təşəkkür etmək deməkdir.
2.Şükür-Allah Talanın ehsan etdiyi nemətləri dil ilə inkar etməməkdir.
3.Nemət-Cənabı haqqın, qullarına ehsan etdiyi, onların da ləzzət aldıqları və istifadə etdikləri hər şeydir.
4.Şükür-Qulların, Cənabı haqqın, özlərinə ehsan etmiş olduğu nemətlərini dərk etmələri, bu nemətlərin qarşılığında xidmət etmələridir. İnsan ona edilən yaxşılığa layiq olmadığı halda, o yaxşılığın özünə verildiyini bilirsə, bu şükürdür.
***
5.Təşəkkür etmək-yaxşılıq edənə.Sən, mənə layiq olmadığım halda yaxşılıq etdin, mən bunu dərk edirəm, sənə məmnuniyyətimi ifadə edirəm deməkdir.
***
6. Şükür-Yaxşılığı yaxşılıqla qarşılamaq deməkdir.
7.Şükür-Allah Talaya qarşı qulun etməsi vacib olan bir vəzifədir. Çünki Hz.Allah insanı yaratməş və saysız nemətlər ehsan etmişdir. Bu nemətlərə qarşı insanı şükran və ya küfran yollarından birini seçmək üçün sərbəst buraxmışdır...Qul, şükür yolunu seçərsə; əlindəki nemətləri, Hz.Allahın razı olacağı bir surətdə sərf edərsə, Allah Tala onun bu şükrünü qarşılıqsız buraxmaz, ruzisini artırar.