Qadin.NET / Allahın doğru yola yönəltdiyi insan

Allahın doğru yola yönəltdiyi insan


Bişri Hafi övliyanın böyüklərindən idi. Gənc sərxoşluğa qurşanmış, günah çuxuruna düşmüş, diyirlənir, diyirləndikcə də batırdı...

 Bir gün səhəri içki ilə açmışdı. Sərxoş idi. Evinə getməyə çalışırdı. Bir də görür ki, yerdə üstündə "Bismillah" yazılmış kağız var. Çox pis olur. Əyilib palçığın içindən həmin kağızı götürür. "Heç Allahın adı yerdə, palçığın içində olarmı" deyə min bir ah edir. Kağızı öpür, palçığını silir, evinə aparır. Gözəl ətir vurur və evinin ən gözəl yerindən asır.

O gecə bir alim şəxs yuxu görür. Yuxuda ona '' Get, Bişrə söylə! Adımı təmizlədiyi kimi onu təmizləyərəm. Adımı böyük tutduğu kimi böyüdərəm. Adımı gözəl ətirli etdiyi kimi, onu gözəl edərəm. İzzətimə and içərəm ki, onun adını dünyada və axirətdə təmiz və gözəl edərəm'' deyilir.

O şəxs bu yuxunu üç dəfə təkrar görür. Yuxunu görən şəxs səhər açılan kimi Bişri Hafini axtarıb meyxanədə tapır. "Mühüm xəbərim var" deyə onu çölə çağırır. Bişr gələn şəxsdən soruşur:

 - Kimdən xəbər gətirmisən?

 - Sənə Allahu-təaladan xəbər verəcəyəm.

Bunu eşidən Bişr ağlamaya başlayır və soruşur:

 - Mənə hirslidirmi, şiddətli əzabmı verəcək?

Həmin şəxs gördüyü yuxunu ona danışır. Yuxunu sona qədər dinləyəndən sonra yoldaşlarına dönüb deyir:

 - Ey yoldaşlarım! Məni çağırdılar, bundan sonra bir daha məni buralarda görə bilməyəcəksiniz.

Həmin şəxsin yanında dərhal tövbə edir. Bu anda ayağında ayaqqabı olmadığı üçün, heç vaxt ayaqqabı geyinmir. Səbəbini soruşanlara "Söz verdiyim zaman yalınayaqdım, indi geyinməyə həya edirəm'' deyərdi.

Elə ayaqqabı geyinmədiyi üçün də ona ''Hafi" (yalınayaq) deyirlər.

4 sentyabr 2011
GO BACK