Qadin.NET / Cənnətdə evinizin olmasını istərdinizmi?

Cənnətdə evinizin olmasını istərdinizmi?

 

Cənnətdə evinizin olmasını istərdinizmi?

 

1.Muaz bin Ənəsdən(Allah ondan razı olsun) rəvayət olunur ki,Peyğəmbər(Ona və ailəsinə Allahın xeyr duası və salamı olsun)buyurmusdur:
"Kim, qul huvallahu əhəd (yəni:ixlas surəsini) on dəfə oxuyarsa Allah ona cənnətdə ev tikər".(sahihu-elcamii(r-6472)

 2.Ümmü Habibətə Ramlatu bintu Əbi-Sufyandan(Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyr duası və salamı olsun) belə dediyini eşitdim:
" Hər gün fərz namazından savayi on iki rukət nafilə namazı qılan elə bir müsəlman yoxdur ki,Allah onun üçün Cənnətdə ev tikməsin və yaxud onun üçün Cənnətdə ev tikilməsin"
(sahihu-əttərqib və-əttərhib.(c-1\s-140)
3.Peyğəmbər (Ona və ailəsinə Allahın xeyr duası və salamı olsun) buyurmuşdur:
"Mən, haqlı olsa belə mübahisəni tərk edən kimsə üçün Cənnətin ətrafında evə,zarafat olsa belə yalanı tərk edən kimsə üçün Cənnətin ortasında evə və öz əxlaqını gözəlləşdirən kimsə üçün isə Cənnətin ən yüksək yerində evə zaminəm"
4.Peyğəmbər(Ona və ailəsinə Allahın xeyr duası ve salamı olsun)buyurmuşdur:
"Həqiqətən Cənnətdə elə otaqlar vardır ki,içərisindən çölü,çölündən isə içərisi görünür"
Əbu Musa-Ələşhari (Allah ondan razı olsun) dedi:
Ey Allahın Elçisi onlar kimin uçündür?
Allahın Elçisi buyurdu:
"Danışarkən mülayim olan,fağırları yedizdirən və insanlar yatdıqları halda gecəni Allah üçün qiyamda keçirən kimsə üçün
"

(İmam Əhməd rəvayət etmişdir) 

4 iyul 2011
GO BACK