Qadin.NET / Qüsl sonrası fərq edilən dırnaq boyası orucu pozurmu?

Qüsl sonrası fərq edilən dırnaq boyası orucu pozurmu?

Qüsl sonrası fərq edilən dırnaq boyası orucu pozurmu?

Əksər təqlid mərcələri qeyd edir ki, belə bir şəxsin qüslü batildir. Əgər vacib namaz qılmışsa, qəza etməlidir. Amma orucuna gəlincə, səhihdir. Bu halla, fəqihlərin bəzisi maneə olduqca az ölçüdə olarsa, yaxud bu maneə dırnağın yuxarı hissəsində yerləşdiyi təqdirdə belə şəxsin qüsl, oruc və namazının səhih olması qənaətindədirlər.

İndi isə bu barədə təqlid mərcələrinin nə dediklərinə baxaq.

Seyid Xamenei: Suala əsasən, oruclar səhihdir, ancaq gərək namazların qəzasını yerinə yetirsin.

Qüsl sonrası fərq edilən dırnaq boyası orucu pozurmu?

Safi Gülpayqani: Əgər qüsldan sonra başa düşsə ki, bədənin bir hissəsini yumamışdır, sol tərəfdən olduğu təqdirdə, həmin miqdarı yumaq kifayətdir. Əgər sağ tərəfdən olsa, gərək həmin miqdarı yuduqdan sonra ikinci dəfə sol tərəfi yusun. Əgər başdan və boyundan olsa, gərək həmin miqdarı yuduqdan sonra, ikinci dəfə sağ və sonra sol tərəfi yusun. Həmçinin namazları və orucları qəza etməlidir.

Seyid Sistani: Əgər ehtimal verirsinizsə ki, bu lak qüsldən sonra çəkilmişdir, onda qüsl və əməllər səhihdir. Ancaq əgər əmin olsanız ki, qüsldən öncə olmuşdur və suyun dırnağa yetişməsinə maneə törətmişdir, onda gərək həmin yeri təmizləməli və oranı qüslü tamam etmək niyyətilə yumalı və namazları qəza etməlisiniz.

Şeyx Nasir Məkarim Şirazi: Əgər maneə çox kiçik olsa, dəstəmaz və qüsl səhihdir.

Şeyx Nuri Həmədani: Oruclarınız səhihdir, ancaq gərək namazları qəza edəsiniz.

 

Farid Abdullah

11 iyun 2017
GO BACK