1. Əgər oruc halında ağız qoxusunun qarşısını almaq üçün misvak vurmaq istəsə, gərək misvakın rütubəti ağız suyunda o cür aradan getsin və ya az olsun ki, ona ağızdan xaric rütubət deyilməsin. Amma əgər misvakı ağızdan çıxarıb, ikinci dəfə ağıza aparsa və onun rütubətini udsa, orucu batil olur.
2. Amma əgər sərinləşmək üçün, ya sadəcə məzməzə etsə (suyu ağızda çevirmək) və ixtiyarsız olaraq udsa, orucun qəzası ona vacibdir. Ancaq unutqanlıq etsə ki, orucdur və suyu udsa, yaxud dəstəmaz üçün məzməzə etsə və ixtiyarsız udsa, ona qəza vacib deyil.
Fəqihlərdən bəzisi deyir: Əgər ağızı su ilə yuyarkən iradəsiz olaraq boğaza yetişsə, işkalı yoxdur. Ancaq əgər əvvəlcədən bilsə və ixtiyarsız olaraq boğaza çatsa, orucu batildir. Çoxlu məzməzə etmək oruc tutan kəs üçün məkruhdur. Əgər məzməzədən sonra ağız suyunu udmaq istəsə, üç dəfə ağız suyunu çölə tökmək daha üstündür.
Buna əsasən, yuxarıdakı şərtlərə riayət etməklə, oruc tutan öz ağzını ağız qoxusunun qarşısını almaq baxımından yuya bilər. Ancaq üstün olan odur ki, üç dəfə ağız suyunu çölə töksün.
Farid Abdullah