Qadin.NET / Bir adama oruc tutmaq zərərlidirsə, nə etməlidir?

Bir adama oruc tutmaq zərərlidirsə, nə etməlidir?

 

 

Bir adama oruc tutmaq zərərlidirsə, nə etməlidir?

 

 

Təqlid mərcələrinin və islam alimlərinin fətvasına əsasən, oruc tutmaq o xəstəyə ki, orucun ona ciddi zərəri vardır – vacib deyildir.

Quran bu barədə deyir: “Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar )”. (Bəqərə, 184)

Lakin diqqət etmək lazımdır ki, xəstəliyi bir neçə il uzanan xəstə, yaxşı olduqdan sonra oruc tutmadığı illər üçün fəqirlərə bir müdd (təxminən 750 qr.) təam (buğda, yaxud arpa, ya da bunlar kimi) verməlidir.

Əgər bir insanın, məsələn, elə bir xəstəliyi olsa ki, çox susayır və öz susuzluğuna dözə bilmir, yaxud ona məşəqqətlidir, oruc ona vacib deyildir. Oruc tutmaq onun üçün mümkün olmadığı halda, hər bir gün üçün müdd təam vermək lazım deyil. Ancaq imkan olduğu, lakin bununla yanaşı çətinlik və məşəqqət də olduğu halda, kəffarə vermək lazımdır.

 

Başqa ifadə ilə desək, əgər insanın bir xəstəliyi olsa ki, çox susayır və susuzluğa dözə bilmir, yaxud onun üçün məşəqqətlidir – oruc tutmaq ona vacib deyil. (1) Ancaq ikinci durumda gərək hər gün üçün bir müdd buğda, yaxud arpa və ya onlar kimi bir şey fəqirə verməlidir. (2) Vacib ehtiyat (3) odur ki, zərurət miqdarından çox su içməsin və sonra oruc tuta biləcəyi təqdirdə, vacib ehtiyata əsasən, tutmadığı orucların qəzasını tutsun. (4)

 

 

Bir adama oruc tutmaq zərərlidirsə, nə etməlidir?

 

 

(1) Şeyx Behcət: Ancaq əgər sonrakı Ramazana qədər oruc tuta bilərsə, onun qəzasını tutmaq vacibdir və imkansızlıq durumunda hər gün üçün buğda, arpa və bunun kimilərdən bir müdd təam sədəqə verməsi vacibdir. Seyid Sistani: Ancaq ikinci surətdə gərək hər gün üçün fəqirə bir müdd təam versin və sonra oruc tuta biləcəyi təqdirdə qəza etməsi vacib deyil.

(2) Seyid Xoi, Şeyx Təbrizi, Seyid Zəncani, Şeyx Fazil: Gərək hər gün üçün bir müdd təam fəqirə versin.

(3) Xoi, Gülpayqani, Təbrizi, Zəncani, Fazil, Safi: Müstəhəb ehtiyat.

 

(4) Şeyx Məkraim: Oruc məsələsi o kəslərə ki, istisqa xəstəliyinə mübtəla olmuşlar, yəni çox susayırlar və oruc tutmağa bacarıqları yoxdur, yaxud onlar üçün olduqca problemlidir – vacib deyil. Ancaq gərək hər gün üçün öncəki (1725) məsələdə işarə olunduğu kimi bir müdd təam kəffarə versinlər. Daha üstün odur ki, zərurət miqdarından artıq su içməsinlər və əgər sonra qəza tutmağa gücləri çatsa, vacib ehtiyat qəza etməkdir.

 

Farid Abdullah

18 may 2018
GO BACK