Qadin.NET / Oruc tutan kəs siqaret çəkə bilərmi?

Oruc tutan kəs siqaret çəkə bilərmi?

 

 

Oruc tutan kəs siqaret çəkə bilərmi?

 

 

Əgər bir nəfər siqaret çəkəndirsə, həm oruc tuta, həm də siqaret çəkə bilərmi?

Bu barədə təqlid mərcələri belə cavab vermişlər:

Vacib ehtiyat odur ki, oruc tutan kəs siqaret, tənbəki və bunun kimi şeylərin tüstüsünü boğazına çatdırmasın. (Ayətullahlar Əraki, Gülpayqani, Xoi, Fazil, Təbrizi, Sistani, Safi)

Ayətullah Məkarim Şirazi: Vacib ehtiyat odur ki, oruc tutan kəs siqaret, tənbəki və sair tüstülü şeylər çəkməkdən çəkinsin. Qatı tüstünü də boğaza çatdırmasın. Ancaq hamama getməyin işkalı yoxdur. Hərçən hamamın fəzası buxar tutmuş olsa belə.

Ayətullah Nuri: Oruc tutan kəs gərək ağızda suya çevrilən qatı buxarı, həmçinin vacib ehtiyata əsasən, siqaret, tənbəki və onlar kimisini boğaza çatdırmasın.

 

 

Oruc tutan kəs siqaret çəkə bilərmi?

 

 

Ayətullah Zəncani: Mübarək Ramazan ayında siqaret çəkmək, sair tüstülü şeylərdən – oruca ehtiramsızlıq sayılacaq tərzdə aşkar şəkildə istifadə etmək caiz deyil. Əksinə, vacib ehtiyata əsasən, bu cür olmasa belə, istifadə olunmamalıdır. Belə ki, oruc tutan kəs Ramazan ayında tüstü vasitələrindən istifadə edərsə, vacib ehtiyata əsasən, günün qalanını orucu batil edən şeylərdən çəkinməli və həmin günün orucunun qəzasını tutmalıdır.

 

Farid Abdullah

30 may 2018
GO BACK