Görəsən, qadınların uzun dırnaq saxlamarı İslamda deyilib, yoxsa xurafatdandır? «Vəsailuş-şiə» kitabında imam Sadiqdən (ə) nəql olunan bir hədisdə Peyğəmbərin (s) kişilərə belə buyurduğu deyilir:
Щ‚ШµЩ€Ш§ Ш§ШёШ§ ЩЃЫЊШ±Ъ©Щ…
«Dırnaqlarınızı qısaldın (kəsin)!»
Ш§ШЄШ±Ъ©Щ† Щ…Щ† Ш§ШёШ§ ЩЃЫЊШ±Ъ©Щ† ЩЃШ§ Щ†Щ‡ Ш§ШІЫЊЩ† Щ„Ъ©Щ†
Qadınlara isə buyurur: «Bir az dırnaqlarınızdan saxlayın, çünki bu sizin üçün zinətdir.» («Vəsailuş-şiə», c: 2, səh: 134, həd: 1720)
Deməli, qadınların bir az dırnaq saxlamasının eybi yoxdur. Amma başqalarının nifrətinə və əziyyətinə səbəb, yaxud da naməhrəmlərin diqqətini çəkmək həddində olmamalıdır. Bunu, müsəlman qadınların ad-sanına yaraşmayan şəkildə kafir və yad qadınlar kimi etməməlidirlər. Hədisin (ərəbcə) mətnində olan «Щ…Щ†» kəlməsindən məlum olur ki, qadınlar, dırnaqlarını tamamilə deyil və adi qaydadan xaric olmamaq şərtilə bir hissəsini saxlaya bilərlər. Bunu da əlavə etmək lazımdır ki, belə bir göstərişə əməl etmək, onun zərər və mənfi nəticələri olamayan vaxta aiddir.
Seyid İsmayıl Şakir Ərdəkani