Bu gecə may ayının 26-sı məğrib azanı zamanı (günəş batdıqdan sonra) Azərbaycanın yerləşdiyi üfüqə uyğun olaraq Hicri- Qəməri təqvimi ilə mübarək Ramazan ayı daxil olur.
Tövsiyyə olunur ki,oruc tutanlar imsaklarını(obaşdanı) cədvəldə qeyd olunan müvafiq zamana uyğun olaraq sübh azanından 15 dəqiqə əvvəl, qeyd olunmuş imsak zamanı dayandırsınlar.
Bu cədvəl - Təqvimdə qeyd olunan şəri vaxt ölçüləri Bakı,ətraf qəsəbələr və Abşeron rayonu ərazisi üçün nəzərdə tutulub.
Azərbaycanın rayonları arasında olan fərq (dəqiqələrlə) cədvəldə göstərilən vaxta müvafiq olaraq:
Sumqayıt- 1 dəqiqə sonra; Ağdam - 11 dəqiqə sonra; Astara -2 dəqiqə sonra; Gəncə - 14 dəqiqə sonra; Qazax - 19 dəqiqə sonra; Quba - 6 dəqiqə sonra; Lənkəran - 3 dəqiqə sonra;
Saatlı - 7 dəqiqə sonra; Sabirabad -5 dəqiqə sonra;Şabran - 3 dəqiqə sonra; Şamaxı - 6 dəqiqə sonra; Şəki - 12 dəqiqə sonra; Xaçmaz -10 dəqiqə sonra;Yevlax -11 dəqiqə sonra,
Naxçıvan - 17 dəqiqə sonra; Göyçay - 8 dəqiqə sonra; Zaqatala - 14 dəqiqə sonra.