Qadin.NET / Həzrət Məhəmmədin neçə süd anası olub?

Həzrət Məhəmmədin neçə süd anası olub?

Həzrət Məhəmmədin neçə süd anası olub?

(Necə olur ki, Allah həzrət Musaya dayədən süd içməsinə icazə vermədi, ancaq Peyğəmbərimizə icazə verdi?)

İlk əvvəl onu qeyd edək ki, Allah hər hansı bir dayənin sinəsindən süd içməyi həzrət Musaya haram etmişdi. Yəni həzrət Musa heç bir qadının sinəsini qəbul etmirdi. Axırda bu səbəb oldu ki, elə öz anasının südünü içdi. Firon elə bilirdi ki, bu qadın dayədir. Ancaq bilmirdi ki, Musanın həqiqi anasıdır. Allah Musanın anasına ilham etmişdi ki, balasını ona qaytaracaqdır. Nəticədə, həm ana ilə körpəni qovuşdurdu, həm bundan Fironun xəbəri olmadı, həm Musa ölümdən qurtuldu, həm də Allah düşməninin qucağında böyüdü.

Bunu qeyd etdik ki, zehndə sual yarana bilər: Məgər hər ikisi peyğəmbər olmayıbmı? Nə üçün birində belə olub, amma digərində yox. Səbəblərini qısaca qeyd etdik. Həzrət Məhəmməddə buna ehtiyac yox idi. Yəni Peyğəmbərimizin dayə qəbul etməsi adi və təbii bir iş idi.

Həzrət Məhəmmədin neçə süd anası olub?

Peyğəmbərə ilk süd verən qadın Əbu Ləhəbin kənizi Süveybə olmuşdur. Hardasa dörd ay süd vermişdir. Sonra Həlimə Sədiyyə həzrətə süd vermişdir. Amma həzrət Əlinin anası Peyğəmbərə süd verməmişdir. Çünki əgər həzrət Əlinin anası Peyğəmbərə süd vermiş olsaydı, həzrət Əli Peyğəmbərimizin süd qardaşı olacaqdı. Əgər bu baş versəydi, həzrət Əli Peyğəmbərin qızı xanım Fatimə ilə evlənə bilməzdi. Bax belə qəribə işlər baş vermişdir. Yəni həyat Allahın iradəsi əsasında baş verir.

Ancaq Məhəmməd peyğəmbərin babası Əbdülmüttəlib dünyasını dəyişdikdən sonra Əbu Talibin evinə daxil oldu. Həmin vaxt səkkiz yaşı olardı. Artıq nə atası vardı, nə anası, nə də babası. Bundan sonra Əbu Talib və onun həyat yoldaşı Fatimə bint Əsəd Peyğəmbərimizi himayə etdilər. İş elə gətirdi ki, zaman keçdi və onların övladları həzrət Əli Peyğəmbərin ağuşunda böyüdü. Yəni Allah heç zaman Peyğəmbəri borclu qoymadı. Bir zaman böyüdüyü ailənin övladını - Peyğəmbərimizdən sonra ən üstün insan olan həzrət Əlini Peyğəmbərimiz tərbiyə edib, boya-başa çatdırdı.

Farid Abdullah

26 may 2017
GO BACK