Qadin.NET / Peyğəmbərimizin bəzi xüsusiyyətləri

Peyğəmbərimizin bəzi xüsusiyyətləri

Peyğəmbərimizin bəzi xüsusiyyətləri

Peyğəmbərimizin gözəl adətlərindən bəziləri

Mütləq oxuyun

İmam Əlinin bəyanı əsasında

1– Heç vaxt görülməmişdir ki, Allah Rəsulu kiminləsə görüşüb, əl sıxışsın və tərəf müqabilindən daha tez əlini çəksin.

2 – Heç vaxt görülməmişdir ki, kiminsə qarşısında əyləşib, ayaqlarını uzatsın.

3 – İki iş arasında seçim etmək durumunda qaldıqda, yalnız ən çətin işi seçərdi.

4 – Heç vaxt ona qarşı edilən zülmə görə intiqam almağa çalışmamışdır. Ancaq Allahın haram etdiyi şeylər pozulduqda (yaxud Allahın ehtiram saxlanılmasını əmr etdiyi şeylərin hörməti aradan getdikdə) qəzəblənərdi. Onun qəzəbi də Allaha xatir idi.

5 – Ölənə qədər heç vaxt söykənən halda yemək yemədi. Ondan bir şey istənildikdə heç zaman cavabında “xeyr” demədi. Heç bir ehtiyaclının istəyini geri çevirmədi. Əksinə, dildə deyil, əməli surətdə ona müyəssər olan həddə onu reallaşdırmağa çalışdır.

6 – Namazı tamamlıq baxımından bütün namazlardan daha yüngül, xütbəsi bütün xütbələrdən daha qısa idi.

7 – Camaat o həzrəti – ondan gələn xoş ətirin sayəsində tanıyardılar.

8 – Dəfələrlə “Sizin ən üstününüz daha çox xoşəxlaqlı olanınızdır”, – deyə buyurmuşdur.

9 – Hər dəfə söz danışarkən təbəssüm etmək, həmişə camaatla zarafatlaşmaq və bununla da onları sevincli etmək, ancaq zarafatında həqiqətdən başqa bir şey danışmamaq o həzrətin adətlərindən idi.

10 – Allah Rəsulu çox vaxt üzü qibləyə tərəf oturardı.

11 – Əgər minik üzərində olsaydı, yanında gedən piyadanı keçməzdi. Ya da onu öz yanında süvar edərdi, ya da deyərdi ki, sən daha irəlidə get və hər harada deyirsən, məni gözə ki, gəlim.

12 – Allah Rəsulu özünə görə kimsədən intiqam almadı. Əksinə, kim onu incitsəydi həmin şəxsi əfv edərdi.

13 – Əgər müsəlmanlardan kimisə üç gün görməsəydi, onu axtarardı. Əgər “Səfərə çıxmışdır”, – desəydilər, həzrət onun üçün xeyir-dua verərdi. Əgər “Evdədir”, – desəydilər, ziyarətinə gedərdi, əgər “Xəstədir”, – desəydilər, ona baş çəkməyə gedərdi.

14 – Ənəs nəql edir ki, mən doqquz il Allah Rəsulunun xidmətində durdum. Heç vaxt yadıma gəlmir ki, bu müddət ərzində mənə “Nə üçün filan işi görmədin” desin. Habelə xatırlamıram ki, işlərimdən birində xırdaçılıq etmiş olsun.

Farid Abdullah

21 may 2017
GO BACK