İslamda iki cür söz var: müslim və ya müsəlman, bir də mömin.
Müslim və ya müsəlman o şəxsə deyirlər ki, üsuli-dini qəbul edib, ürəkdən ona inanır, fürui-dinin bütün maddələrinə də əməl edir. Lakin belə şəxsə hələ mömin demək olmaz. Mömin olmaqdan ötrü şəxs gərək ən yüksək inani xislətləri özündə cəmləşdirib, onları öz xasiyyətini aşılasın.
Həzrəti-Rəsuli-Əkrəm (s) buyurub ki, şəxsin mömin olması üçün onda yeddi xislət olmalıdır:
1. Ağır, qorxulu və çətin günlərdə vüqarlı olsun, təşviş edib özünün mətanətini itirməsin.
2. Ona bir bəla yetəndə səbrli olsun, Məsələn, övladı ya başqa bir əzizi əlindən gedəndə səbr etsin, özünü itirməsin, ahu-zar etməyə yol verməsin.
3. Rahatlıq asayiş vaxtlarında belə asudəlik və əmn-amanlıq üçün şükür eləsin. Yəni belə hallarda başı qızışıb tüğyan etməsin, yolunu azmasın, bu nemətlərin ona kimdən yetdiyini yadına salsın, na təşəkkür etsib, əmr və nəyhinə riayət etsin.
4. Düşməninə də zülm etməsin. Yəni mömin şəxs gərək zülmü heç kəsə rəva görməsin, hətta düşməninə də. Mömin şəxsin düşməni, yəqin ki, müsəlman olmaz, kafir olar; belə olanda kafirlərə zülm etməmək, onların hüququna riayət etmək, onların islama rəğbətinə səbəb olar.
5. Dostları onu nalayiq işlərə cəlb edə bilməsinlər. Çox olur ki, dostların kömlünü sındırmamaq üçün onlara qoşulur, haram və nəlayiq işlərin dalınca gedirlər. Lakin mömin şəxsdə gərək elə möhkəm iradə olsun ki, dostları onu yoldan çıxara bilməsinlər, əksinə, onlar özləri bunun təsiri altında olub, düz yola düşsünlər.
6. Bədəni özündən əziyyət görsün. Bunun mənası odur ki, bir tərəfdən namaz və oruc kimi vacib əməlləri yerinə yetirməkdə əziyyət çəksin, digər tərəfdən də özünün və ailəsinin maaşı üçün işləsin, əlinin əməyi ilə çörək pulu qazansın. O, həmişə özünü və ailəsini dolandırmalı, həm də ehtiyacı olan müsəlmanlara yardım əlini uzatmalıdır.
7. Camaat ondan rahatlıq görsün, yəni mömin şəxsin dilindən və əlindən müsəlman və müsəlman olmayanlar asudə olmamalıdır. O, dililə qeybət edib başqalarını incitməsin, əlilə də onlara əziyyət verməsin. Mömin şəxs bunu gərək kafirlər haqqında da riayət etsin.
"İslamın Əsasları" Əhmədağa Əhmədov