Rəcəb, şaban və ramazan ayları ibadət və mənəviyyat dövrü olaraq digər aylara nisbət daha üstün şərəf və fəzilətə malikdir. Rəcəb ayı dua və münacat ayıdır. Cahiliyyət dövründə insanlar hacətlərini diləmək üçün bu ayı səbirsizliklə gözləyirdilər. Bəzi rəvayətlərə görə, bu ay Əmirəlmömininin (ə) adı ilə bağlıdır. Belə ki, şaban ayı Peyğəmbərimizin, mübarək ramazan ayı isə Allahın ayı adlanır.
Rəcəb, şaban və ramazan ayları ibadət və mənəviyyat dövrü olaraq digər aylara nisbət daha üstün şərəf və fəzilətə malikdir. Rəcəb ayı çox dua və münacat ayıdır. Cahiliyyət dövründə insanlar hacətlərini diləmək üçün bu ayı səbirsizliklə gözləyirdilər. Bəzi rəvayətlərə görə, bu ay Əmirəlmömininin (ə) adı ilə bağlıdır. Belə ki, şaban ayı Peyğəmbərimizin, mübarək ramazan ayı isə Allahın ayı adlanır.
Həzrət Rəsulu-Əkrəmdən (s) nəql edilən bir hədisdə belə buyurulur: "Rəcəb Allahın böyük ayıdır. Heç bir ay hörmət və fəzilətdə bu aya çata bilməz. Bu ayda kafirlərlə döyüş haramdır. Bunu bilin ki rəcəb Allahın ayı, şaban mənim ayım, və ramazan ümmətimin ayıdır. Kim rəcəb ayının bir gününü oruc tutsa, Allahın razılığını qazanmış olar. Allahın qəzəbi ondan uzaqlaşar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar."
İmam Museyi Kazimdan (ə) belə rəvayət edilir: "Kim rəcəb ayında bir gün oruc tutsa, cəhənnəm atəşi bir illik məsafədə ondan uzaqlaşar. Kim üç gün oruc tutsa, cənnət ona vacib olar."
Allahın Rəsulu buyurur: "Allah yeddinci səmada "dai" adlı mələk qərar veribdir ki, rəcəb ayı yetişdikdə bu mələk hər gecənin əvvəlndən sübhə kimi belə nida edər: "Xoş Allaha itaət edən və Allahı yad edən hər kəsin halına".
Allah-təala buyurur: Mənlə söhbət edənlə mən də həmsöhbət olaram. Mənə itaət edənə mən də itaət edərəm (istəklərini yerinə yetirərəm). Məndən bağışlanmaq diləyəni, bağışlayaram. Ay mənim ayım, bəndə mənim bəndəm, rəhmət isə mənim rəhmətimdir. Məni bu ayda çağıran hər kəsə cavab verər və istədiyi hər şeyi ona əta edərəm. Məndən yol istəyənə yol göstərərəm. Bu ayı bənd (ip) kimi qərar vermişəm ki, hər kəs ondan tutsa mənə yetişəcək.
Rəcəb ayı istiğfar və tövbə dövrüdür
İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə deyilir ki, Rəsul-Əkrəm (s) buyurub: "Rəcəb mənim ümmətim üçün bağışlanmaq ayıdır. Bu ayda istiğfar edin (tövbə edin və bağışlanmaq diləyin), çünki Haqq-təala bağışlayan və rəhmlidir. Rəcəb ayına "asabb" da (dolu, mükəmməl) deyilir, çünki bu ayda mənim ümmətimin üzərinə çox rəhmət yağar. O halda bu zikri çox söyləyin:
"Əstəğfirullahə və əsəluhut-təvbə." (Allahdan bağışlanma və tövbə diləyirəm).
İbn Babəveyh, Salimdən belə rəvayət etmişdir: "Rəcəb ayının sonuna bir neçə gün qalmış İmam Sadiqin (ə) yanına getmişdim. Məni görən kimi belə buyurdu: "Ey Salim! Bu ayda oruc tutdunmu?"
"Xeyr vallah" dedim, ey Rəsulullahın oğlu!
İmam (ə) belə buyurdu: "O qədər savab itirmisən ki, miqdarını ancaq Allah (c) bilər. Bu, Allahın üstün etdiyi və hörmətini ucaltdığı bir aydır. Bu ayda oruc tutanlara ikram və bağışlamağı özü vacib etmişdir.
Salim deyir: "Ey Rəsulullahın oğlu, mən əgər rəcəb ayının qalan günlərini oruc tutsam, bu ayda oruc tutanların savabının bir qisimini əldə etmiş olaram - deyə soruşduğumda O belə buyurdu:
- Ey Salim! Kim bu ayın axırında bir gün oruc tutsa, ölüm anındakı narahatlıqlardan, ölüm sonrasının vəhşətindən və qəbir əzabından xilas olar. Kim bu ayın axırında iki gün oruc tutsa, sirat körpüsündən asanlıqla keçər. Kim bu ayın axırında üç gün oruc tutsa, qiyamət gününün böyük qorxusu, dəhşət və çətinliklərindən xilas olar və ona cəhənnəm atəşindən qurtuluş bəraəti verilər.
Rəcəb ayında oruc tuta bilməyənlər üçün zikr
Rəcəb ayının orucuyla əlaqədar çox fəzilət və savablar nəql edilmişdir. Bəzi üzrlərdən rəcəb ayının orucunu tuta bilməyən şəxslər hər gün yüz dəfə bu zikri söyləsə rəcəb ayının orucunun savabını (qismən də olsa) əldə edər:
"Subhanəl-İlahil-cəlil. Subhanə məhrum la yənbəğit-təsbihu illə ləhu. Subhanəl-əazzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhlun."
Rəcəb ayında hər gün namazlardan sonra oxunan dua
Seyid İbn Tavus (r.ə) Məhəmməd İbn Zəhvandan (r.ə) belə nəql edir: "İmam Cəfər Sadiqə (ə) müraciətlə "canım sənə fəda, Rəcəb ayına daxil olub Allahın məni faydalandıracağı bir duanı öyrətməyini istəyirəm" deyəndə o Həzrət yaz deyə buyurdu:
Bismilləhir-rahmənir-rahim. Rəcəb ayının hər günündə axşam, səhər, gecə və gündüz vacib namazların ardından bu duanı oxu: "Ya mən ərcuhu li-kulli xəyir və əmənu səxətəhu ində kulli şərr. Ya mən yuti-kəsrə bil-qalil. Ya mən yuti mən səələh. Ya mən yuti ləm yəsəluhu və mən lm yərifhu təhənunəm-minhu və rahməh. İtini bi-məsələti iyyək cəmiən xayrid-dunyə və cəmiə xayril-axirəh, vasrif ənni bi-məsələti iyyək cəmiə şərrid-dunya və şərril-axirəh. Fə-innəhu ğayru mənqusim-ma ətəytə vəzidni min fazlikə ya kərim."
Ravi belə davam edir: Sonra İmam (ə) sol əliylə saqqalını tutduğu halda sağ işarə barmağını hərəkət etdirərək bu duanı oxudu və ardından bu cümlələri əlavə etdi: "Ya zəl-cəlali vəl-ikram. Ya zən-nəmai vəl-cud. Ya zəl-mənni vət-tavl. Hərrim şəybəti ələn-nar."
Rəcəb ayında gündəlik deyilən zikrlər
1. Min dəfə "Əstəğfirullahə zəl-cəlali vəl-ikarmi min cəmiz-zunubi vəl-asam" demək. Şeyx Səduq rəvayət edir ki, əgər bir şəxs rəcəb ayında bu zikri min dəfə deyərsə, Allah-təala buyurar: Əgər bağışlamasam, sizin Allahınız deyiləm.
2. Ay ərzində "La ilahə illəllah" zikrini min dəfə demək.
3. Yüz dəfə "Əstəğfirullahəl-ləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh" demək.
4. Sübh və axşam çağı 70 dəfə "Əstğfirullahə və ətubu iləyh" demək.
Rəcəb ayının əlamətdar günləri
1. Rəcəb ayının biri İmam Muhəmməd Baqirin (ə) doğum günüdür. Bu gün çox şərafətli gündür. Bəşir Dəhhan Cəfər Sadiqdən (ə) nəql edir ki, İmam (ə) buyurdu: hər kim Hüseyn ibn Əlini (ə) rəcəbin birində ziyarət etsə, Allah-təala onun bağışlayar.
2. Rəqaib gecəsi ( rəcəb ayının birinci cümə axşamının gecəsidir).
Allahın Rəsulu (s) buyurur: "Rəqaib gecəsindən qafil olmayın, çünki bu gecəni göyün mələkləri rəqaib adlandırıblar. Gecənin üçdə biri keçəndən sonra göyün və yerin mələkləri Kəbənin kənarında və içində cəm olarlar və Allah onlara buyurar: Ey mənim mələklərim, məndən hər nə istəyirsiniz istəyin. Onlar deyərlər: "İlahi rəcəb ayının oruc tutanlarını bağışla". Allah buyurar: "Bağışladım".
3. Rəcəb ayının on üçü İmam Əlinin (ə) doğum günüdür. Bu gündə Allah dostlarının ağası, Əziz Peyğəmbərin qardaşı, Həzrət Fatimənin (s) həyat yoldaşı, İslamın vuran qılıncı dünyaya göz açıb.
4. Rəcəb ayının iyirmi yeddisi Həzrət Muhəmmədin (s) besətidir.
Çox əzəmətli və şərəfli olan bu gündə Həzrət Muhamməd (s) 40 yaşında Allah tərəfindən peyğəmbərliyə seçilib və bu gündə Quran peyğəmbərə nazil olub. Rəvayətdə bu gün üçün dualar, ziyarətnamələr və namazlar qeyd olunmuşdur.
Mübarək rəcəb ayının əməlləri və əlamətdar günləri haqqında daha ətraflı məlumat almaq üçün Şeyx Abbas Quminin "Məfatihul-Cinan" və Ayətullah Məliki Təbrizinin "Əl-Muraqibət" kitablarına mrüaciət edə bilərsiniz.
Tural Həsənli