Qadin.NET / "İsm" kəlməsi "Allah" deməkdirmi?

"İsm" kəlməsi "Allah" deməkdirmi?

 

"İsm" kəlməsi "Allah" deməkdirmi?

“Bismillahir-rəhmanir-rəhim” və “Səbbəhə ismə rəbbikəl-Əla” ayələrindəki “ism” kəlməsindən məqsəd nədir?

Sual yarana bilər ki, “Rəhman, Rəhim Allahın adı ilə” ifadəsində “ad” nə deməkdir? Əgər bu elə “Allah” deməkdirsə, onda nə üçün iki Allah ard-arda gəlmişdir? Yox əgər başqa bir şeydirsə, mənası nədir? “Biz Allahın adlarıyıq”, yaxud “Ən ali olan Rəbbinin adını təsbih et” kimi ifadələr nə deməkdir?

“İsm” (ad) kəlməsinin “Allah” kəlməsinə izafəsi (yəni təyin rolunu oynaması) bəyanedici təyin (izafeyi-bəyaniyyə) deyildir ki, burada “Allah” və “Rəhman, Rəhim” kəlməsindən məqsəd bu kəlmələrin məfhumu deyil, birbaşa ləfzləri olsun. Çünki birinci, bu ehtimal nəzərdən uzaqdır. İkincisi, əgər “ism” kəlməsindən məqsəd bu üç kəlmənin cəmi olmuş olsa, bir yerdə toplanmış halda olanlar Allahın adı deyil, əgər ayrı-ayrılıqda onlar nəzərdə tutulan olsa, burada da onlar arasında “vav” bağlayıcısının olması zəruri idi ki, bir-birlərindən ayrılsınlar və bu şəkildə oxunsunlar: “Allah və Rəhman və Rəhimin adı ilə”. Odur ki, demək lazımdır: “İsm” kəlməsinin “Allah” kəlməsinə izafəsi mənəvi izafətdir. “Allah” kəlməsindən məqsəd də, elə onun məfhumudur, ləfzi (ifadəsi) deyil. Yəni “Allah” kəlməsi öz mənasında işlədilmişdir, nəinki ondan məqsəd “Allah” ləfzinin özü olsun.

Ona görə də demək lazımdır, “ism” kəlməsi ümumi mənadadır və özünə cəm edəndir ki, bütün ilahi adlar və isimlərə şamil oluna, işlənə bilər. “Bismillah” kəlməsini deməklə, Allah isminin ümumi məfhumu nəzərdə tutulur və misdaqa (meyar və nümunəyə) işarə olur: Çünki Rəbbin ən əzəmətli adı “Allah” Onun adlarının ən böyük misdaqıdır. Ümumi məfhumla Rəbbin adı ən üstün və daha çox tətbiq edilir, “ism” kəlməsini deməklə Rəbbin sair bütün adları daha çox zehinə gəlir.

Deməli, “Bismillahir-rəhmanir-rəhim” də “ism”dən məqsəd “Allah”ın özü deyil, əksinə, Allah ilahi adların ən kamili və əzəmətlisidir.

“Əla” surəsinin 1-ci ayəsinə gəlincə isə, bir dəstə təfsir alimi belə düşünür ki, burada “müsəmma” (adlandırılan) Müqəddəs zatdır. Halbuki başqa bir dəstə deyir ki, məqsəd Allahın öz adıdır. Əlbəttə, o ad ki, “müsəmma”ya dəlalət edir. Bu iki təfsir arasında elə də çox fərq yoxdur. Hər halda, məqsəd odur ki, Allahın adı bütlərin adları sırasında qərar tutmasın. Habelə Onun pak zatı hər cür eyib və nöqsandan, məxluqatın xüsusiyyətlərindən, cism və cismə aid göstəricilərdən pak və münəzzəhdir. Biz Allahı hər bir məhdudiyyət və nöqsandan uzaq tutmalıyıq. Daha bütpərəstlərin Allah adını öz bütlərinin adları sırasında tutmaları, yaxud Allahı bir cism, yaxud cismə malik kimi hesab etmələri düzgün deyildir.

Farid Abdullah

1 aprel 2017
GO BACK