Saffat” surəsinin 88 və 89-cu ayələrində oxuyuruq:
ЩЃЩЋЩ†ЩЋШёЩЋШ±ЩЋ Щ†ЩЋШёЩ’Ш±ЩЋШ©Щ‹ ЩЃЩђЩЉ Ш§Щ„Щ†Щ‘ЩЏШ¬ЩЏЩ€Щ…Щђ ЩЃЩЋЩ‚ЩЋШ§Щ„ЩЋ ШҐЩђЩ†Щ‘ЩђЩЉ ШіЩЋЩ‚ЩђЩЉЩ…ЩЊ
“Beləcə, ulduzlara nəzər salıb dedi: “Sözsüz ki, mən xəstəyəm (yorğunam)”.
İbrahim peyğəmbər bayram mərasimi üçün camaatla birlikdə getməsin deyə, ulduzlara nəzər salıb dedi ki, mən xəstəyəm. Belə bir iş İbrahimin ulduzlar əsasında görücülüyndən xəbər verir. Özü də Quran İbrahimin bu işini danlamır, heç sünnədə də bunu qadağan edəcək bir şey yoxdur. Halbuki görücülük və baxıcılığın xürafat və yanlış iş olduğunu bilirik.
Bu məsələyə belə cavab vermək olar: “Nümunə” təfsirində belə qeyd edilmişdir: Bu irada cavab vermək üçün Babil xalqının inancına, onların adət-ənənələrinə, rəsmi rəftarlarına diqqət etmək bəs edir ki, məsələ aydın olsun. Çünki onlar nücum elmi əsasında baxıcılıq edirdilər. Hətta deyirdilər ki, bütləri ulduzların formalarıdır (heykəlləridir). Bu səbəbdən bütlərə ehtiram edir, onları ulduz simvolu hesab edirdilər.
Əlbəttə, ulduzlar barədə məlumatlılıqdan əlavə, bu zəmində onlar arasında çoxlu xurafatlar da yayılmışdı. O cümlədən, ulduzların insan müqəddəratında rol oynadığına inanır, onlardan xeyir-bərəkət diləyir, mövqelərinin durumundan gələcək hadisələrə dəlil gətirirdilər.
İbrahim onları inandırsın deyə, elə öz davranışlarına uyğun olaraq səmadakı ulduzlara nəzər saldı ki, onlar İbrahimin xəstəliyi barədə öngörücülüyü ulduzların vəziyyətindən mütaliə etmiş olduğunu təsəvvür etsinlər və qane olsunlar.
Başqa bir ehtimal odur ki, İbrahim ulduzların hərəkətindən öz xəstəliyini dəqiq surətdə tapmasına çalışırdı. Çünki bir növ xəstəlik qızdırma kimi xüsusi zaman fasilələrində sorağına gəlirdi və “Sözsüz ki, mən xəstəyəm” cümləsindən məqsədi o idi ki, ulduzların vəziyyətindən mənim üçün hasil olan zaman və müddətləri tanımaq əsasında xəstəlik zamanım yetişmişdir, odur ki, sizinlə birlikdə olmaqdan üzrlüyəm. Bu hadisənin isə öngörücüklə bir əlaqəsi yoxdur. Zaman və müddəti ayırd etmək ulduzların hərəkəti əsasındadır. (Nümunə təfsiri, c.19, s.91)
Başqa bir ehtimal da vardır. “Əl-Mizan” təfsirində qeyd olunmuşdur: İbrahimin ulduzlara nəzər salması, öz xətəliyindən xəbər verməsi kəlam nümayişi olmuşdur. Belə ki, nümayiş etdirmək odur ki, sözü deyən bir şey deyir, eşidən isə onun zahirindən bir məna başa düşür. Lakin söz deyən başqa bir mənanı nəzərdə tutmuşdur. İbrahimin ulduzlara nəzər salması, Allahın yaradılışına təkallahlı birinin nəzər salmasına bənzəyir. Bu baxmaqla Allahın varlığına, onun təkliyinə istidlal edir. Ancaq camaat elə xəyal edirdi ki, onun nəzər salması münəccimlərin nəzər salması kimidir və ulduzların mövqeyindən gələcək hadisələrə dəlil gətirməyə çalışır. (Tərcümeyi-əl-Mizan, c.17, s.224)
Farid Abdullah