Qadin.NET / Vəsvəsə və şeytani fikirlərə necə qalib gələk?

Vəsvəsə və şeytani fikirlərə necə qalib gələk?

 

 

Vəsvəsə və şeytani fikirlərə necə qalib gələk?



 

Əslində vəsvəsə stresdən və narahatçılıqdan qaynaqlanan bir şeydir. İnanclı insanlarda bu xüsusiyyət bir başqa formada da ola bilər. Yəni Allah razılığı, dinin zəruri göstərişini yerinə yetirmək, əks təqdirdə əməlinin bərbad olacağından qorxu səbəbilə bu xüsusiyyət üzdə olur. Bu məsələyə iki hissədə baxaq

1. İztirab və stress Qeyd etdik ki, vəsvəsəlik stresdən doğur. Yəni nə qədər stress çox olsa vəsvəsəlik də çox olacaqdır. Odur ki, ilk öncə stresi aşağı salmağa çalışmalıyıq:

 

a. Yuxunun forması: Yuxunun nizamı qorunmalıdır. Dərin yuxu əsəblərin sakitləşməsinə səbəb olur. Lakin stresli insan dərin yuxuya gedə bilmir. Daim atılır, diksinir. Odur ki, gecənin əvvəli yatmağa çalışmaq lazımdır. Otağı ətirləmək, xüsusilə qaranlıq şəraitə gətirmək yuxuya təsir edə bilər. Günortadan sonra yatmaqdan çəkinmək lazımdır. Ancaq günorta azanından bir saat öncə yatmaq faydalıdır.

b. Qida qəbulu insanın təbiətinə uyğun olmalıdır. Yemək müəyyən saatlarda olmalıdır. Nə az yemək, nə də qarınqululuq etmək olmaz. Yeməyin qaydaları haqqında özünüz mütaliə edə bilərsiniz.

c. İdmanla məşğul olmaq. Bədəniniz üçün hansı məşğələ və idman növü münasibdirsə, onu da edin. Üzgüçülük və alpinizmin faydaları daha çoxdur. Səhər idmanından qəflət etməmək lazımdır.

d. Yola çıxmaq vəsvəsəli insan üçün məşəqqərli olsa da, həftə ərzində gəzmək, əylənməyə vaxt ayırmaq lazımdır.

e.Gün ərzində 30 dəfə dərindən nəfəs almaq. Məsələn, sakit şəraitdə bədəninizi süst edin, gözlərinizi yumun, yavaş yavaş nəfəs çəkməyə başlayın. Təxminən 7 san nəfəsinizi saxlayın, sonra 5 san ərzində çölə çıxarın.

 

Farid Abdullah

8 iyun 2018
GO BACK