Dinlər müharibə və qarışıqlığa səbəb olmuşlar
İnsanların bir qisminin həyatları içərisində dinə əhəmiyyət verməmələrinə bəhanə olaraq irəli sürdükləri bir digər mövzu da "Dinlərin müharibə və qarışıqlığa səbəb olması" yanılmasıdır. Bu səbəblə çox zaman "Mən dinlə maraqlanmıram, amma Allaha inanıram", deyən insanlarla qarşılaşırsınız. Dinlərin Yer üzündəki fəsad və qarışıqlığın səbəbi olduğu iddialarının tam mənası ilə olaya birtərəfli baxılmasından qaynaqlandığını söyləmək mümkündür. Üç böyük dinə görə insanların ortaq bir atadan, yəni Allah tərəfindən yaradılan ilk insandan gəldiyi inancının ən təməl qəbullardan biri olduğu söylənə bilər. Yəni bütün dinlərin əsasında insanlar qardaşdır. Bu səbəbdən vəhy qaynaqlı dinlərin haqsız yerə öldürməyi, oğurluq etməyi, ədalətsizliyi, haqq və hüquqdan uzaqlaşmağı tövsiyə etməsi mümkün deyildir. Dinlər insanların ortaq nöqtələrdə görüşüb sülh içində yaşamaları və hər iki dünyaları üçün də lazım olan şeyləri öyrənmələri üçün müxtəlif xəbərdarlıqlar etmişlər. Ancaq insanoğlunun pozuculuq tərəfinin bu həqiqəti unutduğu və dinləri öz istək, həvəsləri istiqamətdində istifadə edərək özündən uzaqlaşmasına səbəb olduğu da bir gerçəkdir. Bu səbəblə hər hansı bir insan və ya cəmiyyətin etdiyi xəta, haqsızlıq, yaxud zülmün mənsubu olduğu dinə aid edilməsindən söhbət gedə bilməz.
Müqəddəs Kitab daxilində müxtəlif mövzularda ziddiyyətli, yaxud insani müdaxilələrə məruz qalmış qisimlərin olduğu həqiqəti ilə birlikdə mövcud halı ilə ilahi əmr və izahların olduğu bir gerçəkdir. Xüsusilə peyğəmbərlərlə bağlı hekayələrin bir qisminin Qurani-Kərim tərəfindən təsdiq edildiyi görülür. Bu isə bəhs edilən kitabların tamamən təhrif edilmədiyini göstərməkdədir. Bununla birlikdə Müqəddəs Kitabın içində iddia edilən ittihamların əksinə ağla və insan yaradılışına uyğun bir çox ifadənin də olduğu görülür. Müqəddəs Kitabın ən çox bilinən on əmri diqqətə alındığında, bu əmrlərdən hərəkət etməsi lazım olan bir dinin, insanlar arasında fitnə və fəsad çıxarıb müharibələrə səbəb olduğunun iddia edilməsi mümkün deyildir. Müqəddəs Kitabda insanlara qarşı tətbiq ediləcək haqsız şiddətin eynisi ilə cəzalandırılacağı ifadə edilərkən, eyni zamanda insanlar arasında düşmənçilik olmaması üçün dünyəvi mövzulardakı ola biləcək haqsızlıqların qarşısının alınmasına yönələn qanunlar da gətirilmişdir. Yenə sosial məsuliyyətlər ilə əlaqədar olaraq müxtəlif ayələr yer almaqdadır. Əcnəbiyə haqsızlıq və təzyiq göstərilməməsi, dul və yetimin haqqının yeyilməməsi, bir yoxsula borc verdikdə ona sələmçilik edilməməsi, üzərinə faiz gəlməməsi, qonşudan borc alınan bir şeyin qaytarılması, yalan xəbər çatdırılmaması, haqsız yerə şahidlik edilməməsi, yaıan söylənməməsi, Allah adına yalandan and içilməməsi, qonşuya haqsızlıq edilməməsi, işçiyə zəhmət haqqının zamanında verilməsi, kar, kor olan əlillərə çətinlik çıxarılmaması, ədalətin pozulmaması, insanların qeybətinin edilməməsi, kimsəyə nifrət edilməməsi, günah edənin xəbərdar edilməsi, intiqam alınmaması, kin bəslənilməməsi, hər kəsin qonşusunu özü kimi sevməsi, yaşlılara hörmət edilməsi, tərəzi və ölçüdə aldadılmaması bir çox əxlaqi və insani öyüdlər olduğu görülür.
İncillərdə isə insanların hətta düşmən qəbul edilənlərlə belə xoş münasibətdə olmaları tövsiyə edilir. Belə ki Əhdi-Ətiqdə gözə-göz, dişə-diş qisas tətbiqinin Hz. isa tərəfindən ləğv edildiyi, pisliklərə qarşı dirənməməyin, sağ yanağına sillə vurulduqda sol yanağının da çevrilməsinin deyildiyi görülür. Yenə də İncillərdə düşmənlər daxil insanların sevilməsi, zülm edənlər üçün dua edilməsi, göstərişdən uzaq gizlicə ehtiyacı olanlara sədəqə verilməsi, başqalarının günahlarının bağışlanması, dünya nemətlərinə uyub xəzinələr yığılmaması, başqalarının haqsız yerə mühakimə edilməməsi, günahkar çıxarılmağa çalışılmaması, bağışlanması, səhv və qüsurlarının axtarılmaması, insanlara yaxşılıq edilməsi kimi bir çox fəzilətli davranışın tövsiyə edildiyi görülür. Bütün bunlar müxtəlif dairələrin Müqəddəs Kitabın insanları nifrətə, ayrılıqlara, zülm və azğınlıqlara sövq etdiyi, bu səbəbdən ayələrin Allahın sözləri olmaqdan çox uzaq olduqları istiqamətindəki iddialarını keçərsiz edir. Bütün bunlar və bənzər şeylər Müqəddəs Kitaba edilən mühakimələrin tək istiqamətdə olduğunu, bəzi səbəblərdən bu kitabın məqbul istiqamətinin diqqətə alınmadığı göstərilməkdədir. Hardasa bütün əsərlərində ağlın gücünə və həmiyyətinə diqqət çəkən və ağlı əxlaq prinsiplərinin əsas şərti olaraq göstərən məşhur alman filosofu İ. Kant 1789-cu ildə yazdığı bir məktubda ağıl tərəfindən dəstəklənən əxlaqi prinsip və dəyərlərin ilk olaraq İncil tərəfindən ortaya qoyulduğunu bu sözləri ilə ifadə edirdi: "Əgər İncil əxlaq qanunlarını tam bir şəkildə daha əvvəl öyrətməmiş olsaydı, ağıl bu gün şahid olduğumuz yetkinlik içində onları anlayamacaqdı. Bu qanunlar (vəhy yolu ilə) verildiyi üçün, ağıl onların doğru və gerçək olduqlarına başqalarını inandıra bilir".
Yəhudi və xristian müqəddəs mətnlərinin zaman içində bəzi din adamları əlində oyuncağa çevrilərək dilədikləri şəkildə şərh edilmiş, maddi-siyasi, məzhəbçi münaqişələr nəticəsində dinlərin özündə olmayan bir çox uydurmanın həqiqət ilə qarışdırılması doğrudur.
Ancaq bu vəziyyət mövcud mətnlərin ilahi bir məzmuna sahib olmadıqları və içində həm insani, həm də əxlaqi baxımdan təqdir ediləcək bir istiqamətin olmadığını göstərməz. Yəhudi və xristian müqəddəs mətnlərinə gətirilən əsas etirazların Qurani-Kərimə gətirilməsi
mümkün deyil. Quran ayələrinin həm bu dünya, həm də axirətlə bağlı insanın xeyrinə olan şeyləri açıqlayıb, Allah-insan-kainat münasibətini mükəmməl bir şəkildə ortaya qoyması təbii olaraq bir çox problemin həllidir. İnsanlıq tarixi boyunca işlənən cinayətlərin, zülm və təzyiqlərin dini əsası olduğunun iddia edilməsi də həqqiəti əks etdirmir. Çünki bu vəziyyət dinlərin özündən deyil, o dinə mənsubiyyəti olan yanlışlıqlarından və dini səhv şərh etməkdən qaynaqlanmaqdadır. Heç bir dini mətnin "Yıxın, yağmalayın, fitnə-fəsad edin, haqsız yerə öldürün", formasında əmrlər verməsi iddia edilə bilməz. Tarix boyunca bəzi insanların dini, nəfsi arzularına alət etmələri hər din mənsubunun zalım və pis olması mənsına gəlməz. Əksinə dünya tarixi boyunca dinlərin insanlığı mədəni bir cəmiyyət içində yaşamağa sövq etdiyi görülür. Bununla birlikdə dinlərin savaş və qarmaqarışıqlıq səbəbi olduğunu iddia edən kimi dairələrin, məsələn Stalinin etdiyinə baxaraq kommunizmi günahlandırmadıqlarını görürsünüz. Bu isə bəhs edilən insan və dairələrin məsələlərə münasibətldə ikili standart tətbiq etmələrini göstərməkdədir. Tarix içərisində kilsənin və ona mənsub olan bəzi din xadimlərinin insanlıq xaric müxtəlif əməllər etmələri o qurum və mənsublarının hər dövrdə eyni mövqedə və inancda olduğunu göstərməz. Bəzi qatı tətbiq edilmələrə baxmayaraq kilsə daxilində xeyirli işlərin edilməinə istiqamətli müxtəlif fəaliyyətlərin olduğu, hər cür dünyəvi istək və həvəslərdən uzaq özlərini Allaha həsr edən inananların da olduğu bir gerçəkdir. Yüzlərcə illərdir kilsə və səmimi din xadimlərinin vasitəsi ilə bütün dünyadakı insanlara yardım və xeyriyyə proqramlarının təşkil edilməsi, müharibələr zamanı kilsəyə bağlı rahib və rahibələrin könüllü olaraq insanları müalicə etmək üçün səfərbər olduğu və bir çox başqa xeyirli işlərə vəsilə olduğu görülür. Din xadimlərinin missionerlik fəaliyyətləri ilə dünyanın ən uzaq bölgələrində yaşayan xalqlara gedərək dini təbliğ etmələri, inancsız, bütpərəst və qəbilə dinlərinə mənsub insanlarda bir çox dəyişikliklər etmələrinə baxmayaraq islam dininə yaxın olan xristianlığa çevirmələrinin və bu yolda həyatlarını həsr etmələrini təqdir etmək lazımdır.
Təbii olaraq bir din xadiminin etdiyi səhv sıravi insanların etdiklərindən daha çox diqqət çəkir. Ancaq dini, insanlıq üçün maneə olaraq görən zehniyyətin qəsdi olaraq, hər fürsətdə dinlər və dindarlarla bağlı həqiqətdən uzaq, şişirdilmiş bir çox ittihamlar irəli sürülməsi görülür. Sanki pislik və əxlaqsızlığın səbəbi ancaq dindarlarmış kimi, bir din xadiminin səhvindən hərəkət edərək bütün din xadimlərini və ya dindarları şübhə altında qoyurlar. Media tərəfindən bu kimi kəslərin sayının şişirdildiyi, həm də azğınlıqlarının dinə bağlanması görülür. Məsələn, bir itin bir insanı dişləməsi başlıqlı xəbəri adi xəbər xüsusiyyətli olsa da, bir insanın bir iti dişləməsi başlıqlı xəbər istisna xəbər kimi görüləcək. Bu səbəbdən Qərb mediasında, yaxud ölkəmizdə bir din xadiminin azğın davranış sərgiləməsi şişirdilərək bütün din xadimlərinə aid edilir və bu cür xəbərlər üzərindən bütün dindarlara ittihamlar irəli sürülür. İstər yəhudi, xristian, istərsə də islam tarixində zaman-zaman dini və insanı baxımdan zülm səbəbi olan bir sıra inanc və işləmələrin ortaya çıxdığı qəbul edilə bilər. Ancaq heç bir dövrdəki din xadimlərinin hamısının bəzi dairələr tərəfindən təsvir edildiyi kimi olduğu qəbul edilə bilməz. Kilsə baxımından da vəziyyət eynidir. Tarix boyunca kilsə daxilində də tətbiq edilmələr və din anlayışı baxımından olduqca məqbul yanaşan papaların olduğu inkar edilə bilməz.
Müqəddəs Kitabda yer alan əxlaqi prinsiplər kimi Quran da istərsə şəxsi, istərsə də ictimai ortaya bənzərsiz bir əxlaqi sistem qoyur. Qurani-Kərim dini, əxlaqi, ictimai və bəşəri ayələri ilə bütün insanlığa rəhmət və bələdçi olaraq göndərilmişdir. Ortaya qoymuş olduğu dəyərləri ilə ağıl, məntiq və insan yaradılışı ilə möhtəşəm bir uyğunluq içərisindədir. Şübhəsiz, bunun ən böyük səbəbi Quranın hər şeyin Yaradıcısı Allah tərəfindən qorunmuş olmasıdır. Quran bir-birindən çox fərqli mövzulara toxunmasına baxmayaraq öz daxilindəki bənzərsiz ardıcıllığı səbəbi ilə möcüzəli şəkildə insanı özünə heyran buraxır. Quran ayələri ən çətin mövzularda belə sadə izahlarını gətirir və şərhləri ilə hər səviyyədən insana xitab edir və bu səbəbdən insanlığa hidayət rəhbəri, bələdçi ola bilməkdədir.
Quran günümüzdən təxminən 1400 il əvvəl insanlığa bir rəhbər olmaq və qiyamətə qədər hökm sürmək üzrə göndərilməsinə baxmayaraq hər dövrdə mövcud çağı qabaqlamış, toxunduğu nöqtələrdə isə daim haqlı çıxmışdır. Tarix boyunca müxtəlif din və mədəniyyətlərdə mövcud olan istər kainat, istərsə də ən kiçiyindən ən böyüyünə qədər canlılar ilə əlaqədar inanc və iddialar göz qabağında tutulduğunda, Quranın əhəmiyyət və dəyəri daha da yaxşı anlaşılmaqdadır və tarix boyunca bu haqlılığı da Quranın insan sözü ola bilməyəcəyinin əhəmiyyətli bir sübutudur. Dinlərin Yer üzündə fitnə-fəsad qaynağı olduğunu, insani və əxlaqi dəyərləri heçə saydığını iddia edənlər üçün Quranda yer alan əsas əxlaqi və insani dəyərlərə görə buyruqları xatırlamaq, bu kimi əsilsiz iddia sahibləri üçün yetərli bir cavab olacaqdır.
Quranda Allahdan başqasına qulluq edilməməsi, haqsız yerə cana qəsd edilməməsi, yer üzündə fitnə-fəsad çıxarılmaması, zina etməmək, oğurluq etməmək, dində təzyiq və məcburluq olmaması, alınan bir xəbəri yaxşıca incələyib araşdırılması, kasıblara əl tutulması, zəkat və sədəqələr verilməsi, doğru yoldan çəkilməməsi, yaxşı və gözəl işlərə həvəsləndirib, pis və çirkin olandan çəkindirməsi, halal və pak ruzidən yeyilməsi, israf edilməməsi, daima sülhün əsas götürülməsi, pisliklərin yaxşılıqla dəf edilməsi, insanlar arasında ədalətlə hökm edilməsi, faiz alınmaması, hər kəs dünya mükafatını istərsə, dünyanın da, axirətin də mükafatının Allahın dərgahında olmasını bilməsi, şahidliyi gizlətməməsi, yalan yerə şahidlik etməməsi, ağlını işlətməsi, göylərin və yerlərin yaradılışı haqqında dərin-dərin düşünülməsi, xeyirə və barışa yönələn əməllər edərək ixlaslı olmaq, etibarlı, fədakar, çalışqan olmaq, yalan və hiylədən uzaq durulması, xeyirli işlərdə yarışılması, yardımlaşma, gözəl sözlər deyilməsi, gülər üzlü olmaq, insanlara salam verilməsi və salamlarının alınması, zənndən uzaq durulması, hiyləgər casuslar kimi eyiblərin axtarılmaması, qeybət edilməməsi, insanlar əleyhinə söz gəzdirilməməsi, əmanətlərə və verilən sözlərə sadiq qalınması, əmanətlərin layiq kəslərə verilməsi, ölçü və tərəzidə dürüst olmaq, yetimlərə, kasıblara yaxşılıq edilməsi, yoxsulluq qorxusuyla övladların öldürülməməsi, intihar edilməməsi, sevdiyiniz şeylərdən xeyirli şeylərə xərclənməsi, insanlar arasında sülhün təmin edilməsi, insanlara öyüd-nəsihət edərək həqiqətlərin xatırladılması, iyrənc işlərdən, pislik və azğınlıqdan uzaq dayanılması, zalımlara meyl göstərilməməsi, lazımsız söz və davranışlardan üz çevrilməsi, boş yerə and içilməməsi, ata-anaya qarşı çox yaxşı rəftar edilməsi, edilən yaxşılıqların başa qaxılmaması, qəzəblənməmək, insanlardan təkəbbürlə üz çevrilməməsi, özünü darta-darta gəzib dolanmaması, insanların məsxərəyə qoyulmaması, pis ləqəblərlə çağrılmaması, insanların evlərinə xəbərsiz və onların icazəsi olmadan girilməməsi, insanın daima özünü sorğulaması və nəfsini təmizə çıxarmağa çalışmaması, başqalarının sahib olduqları nemətə göz dikilməməsi, narkotik maddə, içki və qumardan uzaq durulması, günah işlərdə və düşmənçilikdə bir-birilərinə kömək olmamaları, pis işlər və iyrənc şayiələrin yayılmaması, Allahın hüdudlarının aşılmaması kimi istər fərdi, istərsə də ictimai həyatı gözəlləşdirəcək şeylərə riayət edilməsi əmr edilir.
Tarixdə dini və məzhəbi döyüş və anlaşılmazlıqların yaşanmış olması bir gerçək olmaqla bərabər, əsasən insanlıq tarixindəki bir çox döyüşün dini məzmunlu, yaxud məzhəb anlaşmazlıqlarından qaynaqlandığının iddia edilməsi həqiqəti əks etdirmir. Bir çox döyüşlərin cəmiyyətlərin çoxalıb yayılmaları, yeni yerlər kəşf edib zənginləşmələri və müstəmləkəçilik kimi səbəblərdən görülür. Makedoniyalı İsgəndərin ordusunun Hindistana qədər də, Roma imperatorluğunun geniş bir coğrafiyada hakimiyyət qurması da, Çingiz xan və oğullarının Avropaya qədər dayanaraq qarşılarına çıxan hər yeri yıxıb yağmalamaları dini səbəblərdən qaynaqlanmır. Hətta Səlib yürüşləri kimi bilinən, xristianlarla müsəlmanlar arasında baş vermiş döyüşlər dini səbəblərdən çox iqtisadi və siyasi səbəblərə söykənmişdir. Tarixdə bir çox mədəniyyətin döyüşlər nəticəsində yıxıldığı və yenə də döyüşlər nəticəsində qurulduğu görülə bilər. Dünya tarixindəki ən qanlı hadisələrin yaşandığı və ən çox insan həyatı itirilidiyi I və II Dünya müharibələri də tamamilə siyasi səbəblərdən baş vermişdir. I və II Dünya müharibələriylə əlaqədar bəzi məlumatları araşdırdığınızda, məsələn 1914-cü ildə Britaniya ordusunda vəzifəli olan 25 yaşın altındakı Oksford və Kembric şagirdlərinin dörddə birinin öldüyünü görə bilərsiniz. Yalnız Qərb Cəbhəsində Fransızlar1.6 milyon, İngilislər 800 min, almanlar 1.8 milyon, amerikalılar116 min itki vermişdilər. Bununla birlikdə döyüş növləri də son dərəcə mərhəmətsiz idi. Hər iki müharibədə də zəhərli qazlar istifadə edildi. I Dünya Müharibəsində Almanlar bu üsula əl atmışdılar. İtalyanlar da II Dünya Müharibəsində müstəmləkələrinə qarşı bu barbar silahı istifadə etdilər. İkinci dünya müharibəsində birincisinin əksinə formalı əsgərlər qədər vətəndaşlar da öldürüldü. Almaniyadakı 5,7 milyon rus məhbuslarının 3,3 milyonu öldü. 1959-cu ildə Rusiyada hər 4 kişiyə qarşı 35 ilə 50 yaş arasında 7 qadın vardı.
Charles Phillips və Alan Axelrod tərəfindən hazırlanan "Encyclopedia of Wars" (Müharibələrin Ensiklopediyası) adlı əhatəli işdə 1763 döyüş siyahıya alınmışdır. Tədqiqatçıların çatdıqları nəticəyə görə 1763 döyüşdən yalnız 123-nün dini səbəblərlə əlaqədar olaraq təsnifatlandırıldığı ortaya çıxmışdır. Dini səbəblərlə əlaqədar 123 döyüşün, sadalanan 1763 döyüşün 7%-ni təşkil edir. Məsələn, Səlib Yürüşlərində 1 ilə 3 milyon arasında insanın faciəvi bir şəkildə can verdiyi, təxminən 3 min adamın inkvizisiya məhkəmələri hökmü ilə ölüm cəzası verildiyi halda, sadəcə I Dünya Müharibəsində təxmini 35 milyon əsgər və vətəndaşın din xaric səbəblərdən ölməsi görülmüşdür.
Bununla birlikdə, məsələn, Napoleonun səfərləri, Amerika və Fransa inqilabları, I Dünya Müharibəsi, Rus inqilabı, II Dünya müharibəsi və Koreya-Vyetnam qarşıdurması kimi bir çox müasir müharibələrin də dini səbəblərdən olmadıaqları müəyyən edilmişdir. 20-ci əsrdə 160 milyon vətəndaşa soyqırım edilmiş, təxmini 100 milyon insan isə Rus Və Çin kommunist rəhbərləri tərəfindən öldürülmüşdür. Bəzi tədqiqatçıların da diqqət çəkdiyi kimi I Dünya Müharibəsi ilə birlikdə milyonlarca insan daha əvvəl heç bu qədər fərqində olmadıqları insan davranışlarının ağılalmaz istiqamətlərini görmüşlər, eyni zamanda dini və əxlaqi həssaslığa nəzarət edilməməsi vəziyyətində insanın nə cür dağıdıcı, yoxedici bir qüvvə olması həqiqətinə şahid olmuşlar. Bu səbəbdən hər nə qədər bəzi insanlar ənənəvi dinləri döyüşlərin əsil səbəbi olaraq göstərməyə çalışaraq dini həqiqətləri görməməzlikdən gəlməyə və dini öhdəliklərdən xilas olmağa çalışsalar da, bunun həqiqəti əks etdirməkdən çox uzaq olduğu asanlıqla görülür. Üstəlik bu döyüşlərin ironiyalı şəkildə insanların "dini bir kənara buraxıb aydınlandıqları" bir dövrdə reallaşmış olmasının da diqqətdən qaçırılmaması lazımdır.
Məşhur ateist K. Hitçens dinlərin zərərlərini izah edərkən Səddam Hüseyn nümunəsini göstərir. Onu islam dininin zərərli olmasına dair nümunə kimi göstərir. Bəs, Səddam Hüseyn deyincə ağlımıza nə gəlir? Böyek ehtimalla zehnimizdə əlində kalaşnikovla Amerikaya meydan oxuyan bir mücahid fikri canlanır. Körfəz müharibəsinə dinə bol-bol istinad edən Allahın izni ilə "kafir Amerika"nı bizə gətirən bir insan olaraq xatırlanır. Halbuki tarixə bir qədər gedildiyində mənzərə daha aydın görünür. Səddamın partiyası Baas sosialist meyllərə sahib dünyəvi bir partiyadır. Ən başından bu tərəfə belədir. Yaradıcısı və Səddamdan əvvəlki lideri Mişel Əflak da xristian idi. Səddam İran-İraq müharibəsində İranın islamçı olduğunu, özünün isə sekulyar olduğunu söyləmişdi. Bəs Səddam islami istinadlara necə sarılmışdır? Körfəz müharibəsində Amerikaya qarşı döyüşərkən, birdən Səddamın namaz qıldığı yerdə çəkilmiş fotoları ortaya çıxdı. Bayrağa Allahu Əkbər yazısı əlavə olundu. Hətta öz qanı ilə bir Quran yazılması təlimatı verdi. Diqqət edin, bu dövrdə Səddam İraq daxilində bir bütövlük qoruyub saxlamağa çalışırdı və bunu dini istismar edərək etdi. İndi bu nümnunəni din savaşı olaraq qiymətləndirmək məntiqlidirmi? Üstəlik Amerikanın Orta Şərq siyasətinin altında yatanları bilərkən. Bu nümunə dinin zamanla müharibələr üçün istifadə edildiyini göstərir, ancaq dinin müharibəyə yol açacağını göstərməz. Əksər halda maddi mənfəət və ölkələr arasında acgözlüklər dini müharibələr olaraq təqdim edilir.
Uilyam T. Kavanaunun "Dini şiddət mifi" adlı əsəri də bu mövzuda əhəmiyyətlidir. Əsərdə dini müharibələrə nümunə göstərilən müharibələrin əslində nə qədər dini olduğu müzakirə edilir. Məsələn, 16 və 17-ci əsrdə Avropada ortaya çıxan döyüşlər əksəriyyətlə katoliklərlə protestantlar arasındakı savaşa nümunə olaraq göstərilir. Halbuki tarixin detallarına baxdıqda bu iddia xeyli şübhəli hal alır. Məsələn, bu dövrdə katolik Fransa ilə katolik kral tərəfindən idarə olunan Müqəddəs Roma İmperatorluğu döyüşmüş, Fransanın köməyinə Müsəlman Osmanlı yetişmişdir. Diqqət edin, katoliklər döyüşür, köməyə müsəlmanlar gəlir. Bəzi protestant şahzadələr katolik Kral V Charlesi dəstəkləyir. Kimə qarşı? Protestantlara qarşı. Kardinal Rişelye Fransadakı protestantlara qarşı protestant Hollandiyalılardan yardım alır. Dini müharibə kimi xatırladılan dövrdə Fransada katolik barona qarşı katolik və kalvinist kəndlilər birlikdə mübarizə aparırdı. Bütün bu cür nümunələr din döyüşlərinin bütünlüklə din müharibəsi olmadıqlarının sübutlarıdır.