Bismillahirrahmanirrahim.
Günlük həyatımızda tez-tez qarşılaşdığımız haramdan danışmaq istəyirik. Yalan. Yalan danışmağı dinimiz haram buyurmuşdur.
1- Allah yalan danışmağı qadağan etmişdir.
"Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin."
(Həcc surəsi 30)
"Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır."
(Nisa surəsi 135)
2- Allahın rəsulu yalan danışmağı qadağan etmişdir.
"Heç şübhə yoxdur ki, doğruluq yaxşılığa aparar. Yaxşılıq da cənnətə aparar. İnsan doğru danışdıqca Allah qatında sıddık (doğru sözlü) deyə yazılır. Yalançılıq pisliyə aparar. Pislik də cəhənnəmə aparar. İnsan yalan danışdıqca Allah qatında kezzab (çox yalançı) deyə yazılır."
Buhârî, Edeb, 69; Müslim, Birr, 103, 104
Rəsullah (s.ə.s) buyurdu ki: " Təəssüf olsun, o kəsə ki, insanları güldürmək üçün danışır və yalan söyləyir! Təəssüf olsun ona, təəssüf olsun."
[Ebu Davud, Edeb 88, (4990); Tirmizi, Zühd 10, (2316)]
3- Yalan danışmaq münafiqlik əlamətidir.
"Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışaq, söz verdiyi zaman sözündə durmaz, ona bir şey əmanət edildiyində xəyanət edər."
(Buhârî, Îmân 24; Müslim, Îmân 107–108. Ayrıca bk. Buhârî, Şehâdât 28, Vesâyâ 8, Mezâlim 17, Cizye 17, Edeb 69; Tirmizî, Îmân 14.)
Allah yalan söyləməkdən, yalançılıqdan və yalançılardan qorusun. Allah dürüstlərin yardımçısıdır. Siz doğruları söylədiyiniz təqdirdə, həqiqəti söyləməkdən qorxsanız da Allah sizə heç gözləmədiyiniz yerdən kömək edəcəkdir. Yetər ki, Ona güvənək. Ondan qorxduğumuz üçün bu işi tərk edəlim.