Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-39

Dini mövzularda özünü aldatmağın 40 yolu-39

Dini mövzularda özünü aldatmağın 40 yolu-39

 

Din ilə elm arasında qarşıdurma var

Din ilə elm arasında qarşıdurma olduğunu iddia edən birinin ya din anlayışında, ya da elmə baxışında bir problem var, deməkdir. Elmi fəaliyyətlər xarici dünyada, yəni təbiətdə həyata keçirilir. Təbiət isə Uca Yaradıcının üstün sənətini sərgilədiyi bir meydandır. Nyuton kimi öndə gələn bir çox alimin də diqqət çəkdiyi kimi Allah haqqında məlumatlı olmağın iki yolu vardır, onlardan ilki müqəddəs kitablar, digəri isə təbiətdir. Tarix boyunca alim yerinə daha çox təbiət filosofu olaraq adlandırılan araşdırmaçı və mütəfəkkirlər, təbiətdə etdikləri müşahidələr nəticəsində bütün bu uyğunluq və mükəmməliklərin bir var edəni olması həqiqətindən hərəkətə çəxaraq, təbiəti ilahi sənətin ortaya çıxarıldığı bir laboratoriya olaraq görmüşlər. Kainatla insanın yaradılışında uyğunsuzluq olmasına inanmayaraq insanı kaintın məqsədi kimi dəyərləndirmişlər. 

19-cu əsrə gəldiyində fransız qiyamının da təsiri ilə istər siyasi, istərsə də ictimai mənada, xüsusilə, bəzi ziyalılar arasında din ilə elmin qarşıdurma içində olduğu və dinin elmin inkişafında maneə olması yanaşmalarının ortaya çıxması görüldü. Ancaq bir həqiqət vardır ki, bu da sözü gedən qənaətin elmi məlumatların ortaya qoyduğu bir həqiqət olaraq deyil, əksinə müxtəlif ideoloji həqiqətlərlə elmi dinin qarşısında qoyma düşüncəsi ilə ortaya atılmış olduğudur. 

Yuxarıda ifadə edildiyi kimi bu süni qarşıdurma iddiası 18-19-cu əsrlərdə ortaya çıxdığı və günümüzə qədər gələn müddət içində sekulyar həyat və elm anlayışının bir nəticəsi olaraq varlığını sürdürdüyü görülür. Bir mənalı olaraq elmi təbiət üstü hər hansı bir şeyin var olmasına bağlamaq və bu düşüncəni qəbul etdirmək elmə böyük bir zərbə vurmuşdur. Çünki bir elm insanı istər əqli istərsə də elmi fəaliyyətlərini ön qəbullardan və şərtlənmələrdən uzaq və obyektiv bir şəkildə davam etdirməli və qarşılaşdığı nəticələri, inancları nə olursa olsun, açıqlamalıdır. Amma çox təəssüf ki, müasir günümüzdə bir qisim elm insanları elmə geyindirdikləri təbiilik köynəyini elmin obyektivliyi sayır və elmi fəlaiyyətlərini təbiətə bağlayırlar. Bu anlayış isə sanki bir ehkam kimi elmin inkişafı yolunda maneə olur. Çünki bir elm insanı  elmi fəaliyyətləri nəticəsində təbət üstü bir sıra ünsürlərlə qarşılaşırsa, bunu yox saymaq, ya da görməzdən gəlmək məcburiyyətində qalır. Bu isə həqiqətə çatmaq deyil. 

 

Dini mövzularda özünü aldatmağın 40 yolu-39

 

18-19-cu əsrlərdə, insanların, xüsusilə, mikro və makro səviyyədəki elmi bilikləri olduqca dayaz idi. Hətta bəzi dairələrdə istər kainatın, istərsə də insan və canlıların tarix boyunca dinlər tərəfindən qorunması kimi müqəddəs bir məqsəd uğruna deyil, əksinə təsadüflər nəticəsi ortaya çıxması istiqamətində iddialar ortaya atılırdı. Elmin inkişafı ilə də, bu təsadüflərin anlaşılmasına inanılırdı. Ancaq 20 və 21-ci əsrlərdə, xüsusilə fizika, kimya və biologiya kimi əsas sahələrdə ortaya çıxan bir çox məlumat istər kainatın, istərsə də həyatın özlüyündən yaranmadığını, var olan mükəmməliklərin bir Yaradıcısının olmasının zəruri olduğu qənaətinə gətirib çıxardı. 

Bununla birlikdə zənn edilənlərin əksinə tarix boyu haqq dinlər elmin inkişafında böyük rol oynamışlar. Bir tarixi nümunəyə diqqət edək. Alim Cozef Nidem Çində texnologiya inkişafına baxmayaraq tarix boyunca Qərbdəki kimi elmi səylərin olmamasını, təbiətdə dəyişməz qanunların varlığına duyulan şübhə ilə əlaqələndirməkdədir. Var olsalar belə, bu qanunların öyrənilməsinə zəmanət verə biləcək bir Güc, yəni Tanrı yoxdur. Nidemə görə qanunların varlığı, dəyişilməzliyi və anlaşılan olması istiqamətində bir inancın olmaması Çində texnolgiya inkişafının müasir mənada elmə təkamülünə maneə olmuşdur. 

Yenə, xüsusilə Qurani-Kərimin insanları kainatdakı sübutlara şahid olmağa dəvət edən, yeri, göyü, günəşi, dünyanı və ayın hərəkətlərini, ulduzları, yağan yağışı, gecə və gündüzün bir-birini əvəz etməsini, dənizləri, dağları, insan başda olmaqla digər canlıların yaradılışını vurğulayan ayələr diqqətə alındığında müqəddəs mətnlər baxımından din və elm arasında bir qarşıdurma olduğunu iddia etmək həqiqəti əks etdirmir. 

2 mart 2017
GO BACK