Din irəliləməyə maneədir.
Keçmişdən bu tərəfə dinin bəşəri və ictimai tərəqqi qarşısında bir maneə olduğunu qəbul edən dairələrin olduğu bilinməkdədir. Xüsusilə, 17 və 18-ci əsrlərdə Qərb cəmiyyətlərinin bu nöqtədə böyük bir dəyişiklik dövrünə daxil olduğu və "Maariflənmə" olaraq qəbul edilən düşüncə hərəkatının bir nəticəsi olaraq, xüsusilə, Qərb düşüncəsinə istiqamət kimi ziyalıların dünyəviləşmə dövrü yaşadığını görürük. Bu dəyişikliyin Osmanlıların son dövr tarixində hiss ediləcək dərəcədə görülməsi mümkündür. Son dövr Osmanlı ziyalılarının, xüsusilə, Qərb mütəfəkkirlərinin təsirlərində qaldıqları və xristianlığıa yönəltmiş olduqları müxtəlif iddiaları islam dininə yönəltməyə çalışdıqları və bu məsələdə dinləri humanitar və ictimai tərəqqinin önündəki maneə olaraq gördükləri bilinir.
18-ci əsr ilə reallaşan yenilənmə və islahat, sonra da Tənzimat olaraq ifadə edilən hərəkətlərin təsiri ilə ortaya çıxan müasirləşmə və yenilənmə axtarışlarının əsasının Qərbin Osmanlı qarşısında üstünlüyünə dayandığı qəbul edilmişdir. Zamanla bu yanaşmanın Qərbləşmə anlayışını ifadə etmək üzrə, müasir mədəniyyətlərə çatmaq mənasında müasirləşmə olaraq istifadə edilməsi görülməkdədir (M. Şükrü Hanioğlu, “Batılılaşma,” DİA, V, s. 148.)
Təbii olaraq bu axtarışlardan islam dini və cəmiyyətin din anlayışı da ciddi olaraq nəsibini almış və bəzi dairələr tərəfindən bütün yanlışlıqlar islam dininə yönləndirilimişdir. Osmanlı imperatorluğunun son dövrlərində doğulub böyüyən və eyni zamanda Cümhuriyyət maarifçiləri arasında yer alan, xüsusilə Ziya Gökalp (1876-1924), Abdullah Cevdet (1869-1932), Celal Nuri İleri (1882-1936), Necmeddin Sadak (1890-1953), Hüseyin Cahit Yalçın (1875-1957) ve Kılıçzade Hakkı (1872-1959) kimi adlar İslam dini ilə onun təlimlərinə yönələn Qərb tərzində bir tənqid yanaşmasında olmuşlar. Bəhsi gedən ziyalıların ənənəvi dinlərin hamısınsa, xüsusilə də islam dininə tənqidi yanaşmalarında onların 18-19-cu əsrlərdə materializm və pozitivizm düşüncələrinin təsiri altında qaldıqlarını görmək olur. Bu nöqtədə tənzimat hərəkatı ilə birlikdə nəşr edilməyə başlayan müxtəlif kitab, jurnal, qəzet və ensiklopediya çalışmaları ilə xüsusilə Qərbli yazıçıların çalışmalarından edilən tərcümələrin də dövrün maarifçiləri üzərində çox təsirli olduğu bilinməkdədir. Münif Mehmed Paşa’nın (1830-1910) liderliyi zamanı fəaliyyət göstərən Mecmûa-i Fünûn adlı aylıq elm, fənn və mədəniyyət jurnalı, Qərb dünyasında maarifləndirmə düşüncəsinin tanıdılmasını təmin edərkən onun Muhaverat-ı Hikemiyye (1859) adlı əsəri, Volter və Fontenelle kimi yazıçıların fəlsəfi dialoqlarından təşkil olunmuşdu. Mecmua-iFünunun 18-ci əsr Fransasında maarifləndirmə düşüncəsinin nəşr vasitəsi olaraq görülən Grande Encyclopedienin öhdəsinə götürdüyü rolun bənzərini 19-cu əsr Türk düşüncəsi daxilində reallaşdırmağa çalışdığı görülməkdədir.
Maarifçilərin dini qurumlara baxışlarını, təsiri altında qaldıqları materialist-pozitivist fəlsəfələr müəyyən etmiş, elm qarşısında artıq dinin heç bir keçərliliyi qalmaması inancı ilə Adullah Cevdet kimi maarifçilər tərəfindən modern dinin elm olduğu ifadə edilmişdir. Celal Nuri də Hz. Muhəmmədin təbliğ etdiyi dinin maddi və elmi həqiqət xaricində bir şey ifadə etməyəcəyini, bu səbəbdən dinin heç bir uca əsasa dayanamayacağını müdafiə edərkən, din; anlayış səviyyəsi aşağı olan xalqa başa düşülməsi mümkün olmayan şeylərin Allah simvolu ilə tərif edilmiş, elmə görə doğru və yaxşı olan şeylərin İslam dini demək olduğunu iddia etmişdir. Abdullah Cevdet: "Darvin nəzəriyyəsinin oxunulmasını təhqir sayan bir ölkə, hələ orta əsrlərdə yaşayır, deməkdir. Belə bir ölkənin iyirminci əsr dünyasında yaşamağa haqqı yoxdur. Sarıqlı, sarıqsız, əzilmək istəməyən hər baş bunu anlamalıdır", deməklə 19 və 20-ci əsr ateizminin təkamül nəzəriyyəsindən hərəkətlə din və elmi bir-birindən ayırmağa çalışdığını görmək mümkündür.
Dini, ictimai həyatın və insan xəyalnın bir məhsulu olaraq görən və mənfəət əldə etmə arzusunun bir nəticəsi olaraq yaradılıb davamı qorunmağa çalışılan bir təşkilat olduğuna yönəlmiş inancın Abdullah Cevdet, Celal Nuri, Kılıçzade Hakkı ve Necmeddin Sadak kimi ziyalılarda hakim olduğu görülərkən, Göyalp da dinin ictimai həyatın bir məhsulu olaraq ortaya çıxdığı qənaətindədir. Ziyalılara görə tarix boyunca din, siyasi mənfəət əldə etmə və hökm etmə arzusu nəticəsində ortaya çıxan və qaynağı insan ağlı olan bir uydurmadır. Dinlər tarix boyunca bir-birilərindən təsirlənərək meydana gəlmişlər.
İnsanlıq tarixinə baxıldıqda dinin insanların mədəniləşməsi və inkişafda irəliləməsində olduqca əhəmiyyətli yerə sahib olduğunu görmək mümkündür. Peyğəmbərlərin göndərilməsi ilə birlikdə daxilində yaşadıqları cəmiyyətdə qısa bir zaman içərisində yanlış yolu tərk edərək sosial, bəşəri və əxlaqi mənada yüksək səviyyəyə çatdıqları görülür. İnsanlıq tarixi doğru bir şəkildə araşdırıldıqda bu həqiqət açıq bir şəkildə ortaya çıxacaqdır. Məsələn, Peyğəmbərimiz Hz. Muhammədə Qurani-Kərim ayələrinin vəhy edilməsi və bu vəhyin tamamlanması ilə birlikdə İslam dini sanki quraqlıq səhranın ortasında yaşıllaşan gözəl və məhsuldar bir bağça kimi tarix səhnəsinə çıxmış, xüsusilə 9 və 13-cü əsrlərdə özünün qızıl dövrünü yaşayaraq insanlıq tarixində bənzərinə az rast gəlinən dərin və möhkəm izlər buraxmaqla qalmayıb, eyni zamanda müasir Qərb düşüncəsinin təməllərinin atılmasında da təsirli rol oynamışdır. Dolayısıyla irəliləmənin qarşısında maneə kimi görünən şeydən bəhs ediləcəksə, inkişafa əngəl olan din deyil, dini zamanla yanlış şərh edən insanlar və təşkilatlardır. Müasir dövrümüzdə də din sahib olduğu missiyasını davam etdirməkdə, hər cür şərhin üzərində dayanan qorunmuş vəhy sayəsində mənəvi bir boşluq və axtarış içərisində olan müasir insanımızın mənəvi xəstəliklərinə şəfa verməkdədir.
Bununla birlikdə ümumiyyətlə dini və ya dindarlığı geri qalmaqda günahlandıran dairələrin çox zaman günahlandırdıqları kəslərin "geriliklərindən" daha da geri və fanatik bir şəkildə insanların inanclarına, qılıq-qiyafətlərinə və həyat tərzlərinə müdaxilə etdikləri, yalnız özləri kimi olan insanlara həyat haqqı tanıdıqları, özləri kimi olmayanları isə aşağıladıqları görülür.
Bu cür insanların irəli fikirli olmaqdan anladıqları insanların azad bir şəkildə inanma və geyinmə haqlarını əllərindən almağa və tək tip insan modeli yaratmağa istiqamətlənmiş bir dönüşmədir. Halbuki tarix səhnəsinin dəfələrcə açılıb qapanan pərdələri, bu oyunun heç bir hissəsinin insanların çoxluğu tərəfindən etibar görmədiyini açıq bir şəkildə gözlər önünə sərmişdir.