Qadin.NET / “Bismillahir-rəhmanir-rəhim” zikri

“Bismillahir-rəhmanir-rəhim” zikri

“Bismillahir-rəhmanir-rəhim” zikri

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM" BARƏDƏ İMAMLARIN İZAHI

“Bismillahir-rəhmanir-rəhim” ifadəsinin təfsiri barədə məsum imamların sözlərindən bir neçə nümunəni qeyd edək:

1 – İmam Sadiq buyurmuşdur: “Böyük, yaxud kiçik olmasından asılı olmayaraq hər bir işin başlanğıcında “Bismillahir-rəhmanir-rəhim” deyin. Yəni bu iş üçün o Allahdan yardım umuram ki, ondan başqa heç kəs ibadətə layiq deyil. Yardım uman kəs imdad dilədikdə cavab verir. Bizlərə ruzi paylamağı ilə rəhm edən Rəhman, habelə dinlərimizdə, dünyamızda və axirətimizdə bizimlə Rəhim olan çağırıldıqda bizə dini yüngülləşdirər, onu bizə asan və xəfif edər. Allahdır ki, Öz düşmənlərindən seçib ayırmaqla bizə rəhm edir”. (Şeyx Səduq, “ət-Tövhid”, s.232)

Həmçinin o həzrət buyurmuşdur: “Bə” Allahın bəhası (parlaqlıq), “sin” Allahın sənası (ucalıq), “mim” Allahın məcdi (şanlılıq və böyüklük) deməkdir. O, hər bir şeyin məbududur. Bütün məxluqatına Rəhmandır (mehribandır) və xüsusən möminlərə Rəhimdir (rəhimlidir)”. (Küleyni, əl-Kafi”, c.1, s.114)

2 – İmam Rza buyurmuşdur: “Bismillahir-rəhmanir-rəhim” demək – yəni Allahın nişanələrindən birini özümə qoyuram və bu əlamət (ibadət və) bəndəlikdir”. (Şeyx Səduq, “Məaniyül-əxbar”, s.3)

“Bismillahir-rəhmanir-rəhim” zikrini söyləməyin nə qədər savabı var?

“Bismillahir-rəhmanir-rəhim” zikrinin fəziləti və zikri barədə müxtəlif rəvayətlər nəql olunmuşdur ki, bu barədə Peyğəmbərimizdən nəql olunan bir neçə hədisi sənədilə birlikdə qeyd edirik:

1 – Kim Allahın – onu cəhənnəmin on doqquz qoruqçusundan xilas etməsini istəyirsə, “Bismillahir-rəhmanir-rəhim” desin. Çünki bu zikr on doqquz hərfdir. Nəticədə Allah o hərflərdən hər birinin qarşılığında cəhənnəm qoruqçularından bir sipər qərar versin”. (“Cameül-əxbar”, s.42)

2 – Kim “Bismillahir-rəhmanir-rəhim” desə, Allah hər bir hərfin qarşılığında onun üçün dörd min yaxşılıq yazar, onun dörd min günahını bağışlayar və onu dörd min dərəcə ucaldar”. (“Əl-Bürhan fi təfsiril-Quran”, c.1, s.99)

3 – Müəllim öz şagirdinə “Bismillahir-rəhmanir-rəhim” deməyi öyrətsə, şagird də bunu desə, Allah həmin şagirdi, şagirdin ata-anasını və müəllimi cəhənnəm atəşindən xilas edər”. (“Vəsailüş-şiə”, c.6, s.169)

4 – Bir nəfər yatarkən “Bismillahir-rəhmanir-rəhim” desə, Allah mələklərə əmr edər ki, sübhə qədər onun üçün yaxşılıq yazsınlar”.(“Cameül-əxbar”, s.42)

5 – Hər bir əhəmiyyətli iş “Bismillah” ilə başlanmasa naqisdir. (“ZƏməxşəri, “Əl-Kəşşaf”, c.1,s.3-4; Fəxrəddin Razi,”Məfaiyhul-ğeyb”, c.1, s.175)

Farid Abdullah

20 fevral 2017
GO BACK