Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-32

Dini mövzularda özünü aldatmağın 40 yolu-32

Dini mövzularda özünü aldatmağın 40 yolu-32

Kimsəyə zərərim yoxdur, öz halımda bir insanam. 

Fərqində olaraq, ya da olmayaraq günah iş tutan birini xəbərdar etdikdə çox zaman "Bəli, edirəm, amma kimsəyə zərərim yoxdur" şəklində reaksiya ilə qarşılaşırsınız. Məsələn, bəzilərinə zərərli olub-olmaması ilə əlaqəliymiş kimi dəyərləndirilir. Sanki "Allahla arama girmə" kimi deyərcəsinə. Halbuki "Allahla sənin arana girmək dərdi yoxdur. Allah ilə sənin arana nəfsin və nəfsinin bitməyən istəkləri girib", insanın içindən "sən ona diqqət et", deməyi gəlir. Amma yenə də insanları qırmamaq adına xəbərdarlıq edib susarsınız. "İçirəmsə, günahı boynuma", "Mən özümü bilirəm", şəklində qorunmaları müşahidə edirik. Şübhəsiz ki, hər kəs günahına görə özü məsuliyyət daşıyır. Dində təzyiq və məcburiyyət də yoxdur. Ancaq xəbərdarlıq vardır. İstəyən diqqət edər, istəməyən qulaq ardı edər. İnsan bilməlidir ki, kimsəyə zərərli olmaması keçərli bəhanə deyil və fərqində olmadan bir başqa yanılmada özünü aldatmaqda israr etməkdədir.

İnsanların xoşlarına gəlməyən, eşitdiklərində reaksiya verdikləri və ya başqa ifadə ilə desək, özlərini müdafiə etdikləri fikirlərdən biri də "Hər qoyun öz ayağından asılır", cümləsidir. Sözsüz qoyun öz ayağından asılacaq. Amma Allah inananlara bir-birilərinə xəbərdarlıq etməyi, nəsihətlər verməyi əmr edər. 

Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir (Zəriyət surəsi, 55-ci ayə). 

İnsan özünü Allahın əmrlərinə itaət üçün çalışmalıdır, üsyan etməməlidir. Hər kəsin özündən məsul olması xətanın xəta olması həqiqətini dəyişdirməz. Şeytan insana "Bu etdiyin niyə günah olsun? Kimsəyə zərərin yoxdur", deyə vəsvəsə verir. İnsan da fərqində olmadan bu tələyə düşər və həqiqətən kimsəyə zərərim yoxdur deyərək günahlara sürüklənər. Hər günah başqasına zərərli olub-olmaması ilə əlaqəli deyildir. Ən təhlükəli olan şey edilən günahın kimsəyə zərəri olmayacağının düşünülməsidir. Kimilərinə görə bəzi əmr və qadağalar başqalarına zərərli olub-olmamasına aid olduğundan, bu şeylərin günah olacağı aydın olmadığı, hətta bu günahların inkar edilməsi də görülməkdədir. Bir günaha lazımsız və mənasız baxaraq əhəmiyyət verməyən biri, nəfsinə yenildiğii üçün xəta edən birisindən daha təhlükəli bir xətaya düşməkdədir. Bu məsələdə də oyaq olmaq lazımdır. Belə tələyə düşən insanın kimsəyə zərərli olmasına gərək yoxdur, çünki ən böyük zərəri özünə verməkdədir. 

 

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

16 fevral 2017
GO BACK