Dini mövzularda dərinə getmək insanın ağlını itirməsinə səbəb olur.
Bəzi insanların dini yaşamamaq üçün irəli sürdükləri bir başqa bəhanə, dini mövzularla çox məşğul olmağın insanın ağlını itirəcəyinə səbəb olması yanılmasıdır. Zaman-zaman "Bizim məhəllədə bir hacı əmi vardı, sabah-axşam Allahı anırdı, axırda ağlı başından çıxdı", yaxud "Bizim Əhməd var ha, uşaq dini məsələlərə qoşuldu, ağlını itirdi", kimi əsassız bəhanələrin irəli sürüldüyünü görə bilərsiniz. Din adına uydurulan şeylərə etibar edən bəzi fərdlərin işin içindən çıxa bilməyərək dini mövzulardan uzaqlaşdığı və bir sıra psixloji problemlər yaşadığı nümunələrinin görülməsi mümkündür. Ancaq bunun səbəbi din deyil, dinin yanlış qavranılmasıdır. İnsan üçün Allah tərəfindən endirilən və peyğəmbəri tərəfindən təbliğ edilən din qədər insan təbiətinə uyğun olan başqa bir şey yoxdur. Dini doğru bir şəkildə öyrənib yaşamaq istəyən insan üçün maneə nədir? Hansı şey din üzərində düşünməməyə bəhanə ola bilər? Sadə və səbatsız nümunələr ilə dindən uzaq durmağı çox ağıllı bir iş kimi göstərib, bu şəkildə dini vəzifələrdən qaçmaq, insanın özünü aldatması deyil, nədir?
Şeytanın insanlar üçün qurduğu tələlərdən biri insanlardakı din biliklərini və hislərini azdırmaqdır. Dini mürəkkəbləşdirmək, xurafat və bidətlərlə dinin əsasını pozmağa və insan yaradılışına zidd hala gətirməyə çalışmaqdır. İnsanların bir qismi işlərinə gəldiyi üçün belə tələlərə daha tez düşürlər. Dini anlaşılmaz və başa düşülməsi çətin olan bir şey kimi qəbul edərək yaşadığı ömür boyu dinə əhəmiyyət verməzlər. Bu hallar şeytanın insan üşün hazırladığı tələlərdən biridir. Çünki şeytanın, "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam" (Əraf surəsi, 16-cı ayə), deyərək ən çox Allahın dinini azdırmağa çalışmaqla insanlara tələlər quracağına Quranda diqqət çəkilir.
Dini mövzulara çox mübtəla olmanın insanın alını itirməsinə səbəb olacağı nöqteyi-nəzərində olan insanların həyat tərzinə baxdıqda bir çox şeyə gərəkdiyindən artıq dərinə gedərək dəyər verməsinə şahid oluruq. Bu dəyər vermədə işin sonunda maddi mənfəətə çevrilməyə uyğun bir mövzu varsa, nə olusa olsun, ən yaxşı şəkildə işin öhdəsindən gəlməyə çalışırlar. Vəzifədə qalxmaq üçün gecə-gündüz, bəzən ac, susuz, bəzən də yuxusuz qovluqların içində itib batan bir çox insan müvəffəqiyyətli ola bilmək üçün bu dərəcədə işin içinə dalmasının fərqində deyil.
Doğru bir şəkildə dində dərinləşmək, insanı tam mənasıyla inkişaf etdirib kamilləşdirəcək, həyatı anlamağa və doymuş bir qəlblə ömür sürməsinə vəsilə olacaq bənzərsiz bir nemətdir. Dini həqiqi mənada mənimsəmiş biri dünyadakı bütün zənginliklər və gözəlliklərə sahibdir artıq. Dünyaya aid itkilərin heç biri onu kədərləndirməz. Onu xoşbəxt etməyən şeylər, Allahın rizasına gəlməyən bir davranış, qılmaqda gecikdiyi bir namaz, edəcəyi bir xeyirxahlığın ertələnməsi, yaxud əngəlləməsi olacaq.
"Allah ayələri sizə belə bəyan edir ki, bəlkə düşünəsiniz" (Bəqərə surəsi, 266-cı ayə).
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu