İmam Cəfəri Sadiqdən (ə) bir nəfər sual edirki; Yəbnə Rəsulullah! Behiştə düşəcək insanların, dünyada müəyyən əlamətləri, nişanələri varmı?
Həzrət İmam (ə) cavab verdi;
Bəli var Axirət günündə yeri behişt olacaq insanların bu dünyada zahiri və batini nişanələri var. Və o əlamətlər;
1. Gülümsəyən üzü və nurani siması
2. Şirin və lətafətli dili
3. Ürəyi rəhimli, insaf və mürüvvət sahibi
4. İmanlı olması
İmam (ə) bu əlamətləri sadalayaraq onları ayrı - ayrılıqda beəe şərh etdirdi;
O insan ki, Allahın nemətlərinə şükr edər, dünyada olan yaxşılıqları görər və duyar, başqalarına eyib tutmaz, özgələrin sirrini gizli saxlar, çalışar ki, başqalarına pislik yox, yaxşılıq etsin, o cür kəslərin üzü daim nurani və gülümsər olar.
İnsan qəm - qüssəli, kədərli görsənə bilər, çünki bu keyfiyyətlər təəssüfkeşlikdən irəli gəlir. Qaş - qabaqlı olmaq isə, paxıllıqdan və xainlikdən zahirə gəlir. Paxıl adamların yeri isə cəhənnəmdir.
İmanlı şəxslər də o kəslərdir ki, Allahın varlığına inanır, onun peyğəmbərinə və haqq olan kitabı Qurani - kərimə inanmaqla, Allahın əmrini yerinə yetirir. Belə insanlar Allahdan qorxub günah işləməkdən çəkinərlər. Ürəkləri rəhimli, insaf və mürüvvət sahibi olarlar Bu cəhətdən də insanları şirin dillə dindirər və onlarla mehriban olarlar.
Belə insani keyfiyyətlərə malik olan müsəlmanlar, behiştə layiqdirlər.