Səfərdə olan şəxs gediş-gəlişi 44 km olduğu təqdirdə 4 rükətlik namazları 2 rükət qılmalıdır. Bir şərtlə ki, səfər etdiyi yerdə 10 gündən az qalacağına əmin olsun. Səfərdə 10 gündən çox qalacağı təqdirdə isə namazları bütöv qılmalıdır. Lakin bu hökm işi səfərdə olan və işi səfər etməklə bağlı olan insanlara aid deyil. Bu iki kateqoriyaya aid olanlar səfər etdikləri yerdə bir gün qalsalar da, namazları bütöv qılmalıdırlar. Lakin başqa məqsədlə səfər etməli olduqda namazlarını qısa qılmalıdırlar. Səfər etdiyi yerdə 10 gün və ya artıq qalacağına əmin olan, lakin müxtəlif səbəblərdən həmin müddət başa çatmadan başqa bir yerə gedən şəxsin o günə qədər qıldığı 4 rükətlik namazlar düzgündür və onları yeniləməyə ehtiyac yoxdur. Səfər etdiyi yerdə neçə gün qalacağını bilmədikdə isə 4 rükətlik namazlar 2 rükət qılınmalıdır.
Təkcə Həcc aylarında səfərlə məşğul olan şəxslər namazlarını qısa qılmalıdırlar. İşi ilin müəyyən vaxtlarında səfər etmək olan şəxslər səfərdə olduqları vaxt namazları tam qılmalıdırlar. Köçəri həyat tərzi sürənlər qət etdikləri yol 22-km-dən çox olduğu təqdirdə yaxşı olar ki, namazlarını həm bütöv, həm də qısa qılsınlar. Ziyarət və ya ticarət məqsədilə başqa yerlərə səfər etdikdə isə namazlarını qısa qılmalıdırlar.
İnsan getdiyi yerin 22 km olduğuna şəkk etsə belə, yenə də 4 rükətlik namazlarını 2 rükət qılmalıdır. Lakin gediləcək məsafə 12 km, qayıtmalı məsafə 30 km olduqda, namazları bütöv qılmalıdır. Səfər olunan yerə iki yol gedərsə və onların biri 22 km, digəri ondan az olarsa, bu halda 22 km-lik yol ilə getdikdə namazları qısa, ondan az olan məsafəyə getdikdə isə bütöv qılmaq lazımdır.
Müsafir səfər zamanı öz daimi yaşayış yerini tərk etdiyi və ya səfərdə qaldığı müddətdə (10 gündən az olsa belə) namazlarını tam qılmalıdır. Namazını qısa qılacağını bilməyib tam qılan müsafirin namazları düzgündür. Məscidül-həramda (Kəbə evində), Peyğəmbər (s.ə.s) məscidində və Kufə məscidində ziyarətdə olan şəxslər burada 10 gündən az qaldıqları təqdirdə namazları həm tam, həm də qısa qıla bilərlər.