Qadin.NET / Həzrəti Zeynəb

Həzrəti Zeynəb

Həzrəti Zeynəb

 

Onlar hər növ eyib və nöqsandan uzaq olan beş müqəddəs nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər (s), Əli (ə), Fatimə (ə), Həsən (ə), və Hüseyn (ə). Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt (ə) davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı. Zeynəb (ə) atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb (ə) adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir.

Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.Bu beş il fürsət idi ki, Həzrət Zeynəb (ə) Peyğəmbərin (?) mübarək vücudundan səbr və dözüm hədisini yazsın.

Zeynəb (ə), onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin (ə) yetişdirməsi və Zəhranın (ə) qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq: Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb (ə) onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi: «Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.»Peyğəmbər (s) Zeynəbin (ə) yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: «Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən (ə) və Hüseyndir (ə) ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.» Çox keçmədi ki, Zeynəbin (ə) yuxusu çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb (ə) Zəhra (ə) kimi bir ananın məhəbbətindən yalnız bir neçə il bəhrələndi. Zeynəb (ə) bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt (ə) haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.

İllər ö?ür, hər bir dəyəri diqqə?ində tut?n Zeynəb (ə) izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt (ə) dostlarından olan Əbdüllah ibni Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın (ə) əri olmaq şərəfinə nail olur. Əbdüllah Cəfərin övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir.

Həzrət Əlinin (ə) şəhadətində Zeynəbin (ə) təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini buraxmışdı. Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: «Ədalət və düzlük imamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir.»Kufə şiələri nigaran halda özlərini imama çatdırıb halını bilmək istəyirdilər. Zeynəb (ə) isə, o həzrətin başqa övladları kimi atasının yanında idi.Əlinin (ə) şəhadəti və onun kimi bir atadan ayrılmaq Zeynəbə (ə) çox ağırdır. O, babası Peyğəmbərin (s) ölümü və anası Fatimənin (ə) şəhadətindən sonra atasına daha çox bağlanmışdı. Belə bir atanın sayəsi onun qəlbinə sükunət və sərinlik gətirirdi. Amma, indi o, bu ocaqdan da məhrum olub öz dərdləri üstünə bir dərd də əlavə etməliydi.

İmam Həsənin (ə) imamət dövründə xalqın vəziyyətini təsəvvür etmək üçün Əlinin (ə) Kufə əhli barəsində fikirlərinə diqqət etmək kifayətdir. Çünki, ondan qabaq bu xalqın rəhbər və hakimi o Həzrət (ə) olmuşdur. Bu xalq Əlinin (ə) təbiri ilə desək ağıl və şüur cəhətdən uşaq kimi, vəfasızlıqda elə bir səviyyədədirlər ki, həzrət özü «kaş onları görməyəydim» deyə arzu edir.Zeynəb (ə) qardaşı Müctəbanın (ə) imaməti dövründə də atasının məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin hiyləsi, Müaviyənin dəqiq və geniş təbliğatı və nəhayət qardaşının məzlumiyyət və tənhalığından başqa bir şey görmədi. O, öz zaman mühitini yaxşı tanıyır və bilirdi ki, zalım əleyhinə qiyam etmək məsum imam ünvanında kamil insan və saleh bir bəndənin rəhbərliyi ilə yanaşı, vəfalı və müti bir xalqa da möhtacdır.Zeynəb (ə) bu müddətdə özünü qardaşı imam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən necə ciyər qanı içdiyinin şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!!!

Həzrət Zeynəb (ə) həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin (ə) təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır.

Müaviyənin ölümü ilə onun 20 illik alçaq və rəzil hökuməti dövrü sona çatdı. O, bu 20 il ərzində xalqın ürəyinə elə qorxu və vəlvələ salmışdı ki, heç kim Peyğəmbər (s) Əhli-beytindən (ə) danışmır, onları müdafiə edə bilmirdi. Müaviyə bu mühiti oğlu Yezidin hakimiyyətə gəlməsi üçün hazırlamışdı. Heç kəsin onun qarşısında etiraz etmək iqtidarında olmadığını oğluna söyləmiş, yalnız imam Hüseyn (ə) tərəfindən təhlükə gözlədiyini ona xatırlatmışdı.Yezid belə bir vəziyyətdə hökumətə çatdı və ilk növbədə atasının hökumət nümayəndəsinə məktub yazıb imam Hüseyndən (ə) onun üçün beyət almasını əmr etdi. Hüs?ynin (ə) bun? ?tir?zı izə məntiqli və gözlənilən idi.

Hicrə?! ?tir?z Hüs?ynin (ə) d?ğm? şəhərindən hicrə?ə səbəb ?ldu. Böyük bir hicrət ki, onun əsası islam dini və Peyğəmbərin (s) ali məqsədlərini qorumaq idi. Qanlı-qadalı bir hicrət ki, imam Hüseyn (ə) öz Əhli-beyti (ə) və yoldaşları ilə dini heysiyyət və Peyğəmbərin (s) zəhmətinin nəticələrini qorumaq üçün başladı.Həzrət Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir.«Mən istirahət və rahatlıq, zülm və ədalətsizlik, təkəbbür və ya fəsad xatirinə Mədinədən çıxmıram. Mənim məqsədim cəddim Peyğəmbər (s) ümmətini islah etməkdir. Mən istəyirəm yaxşılıqa dəvət edib pislikdən çəkindirəm, babam Peyğəmbər (s) və atam Əli ibni Əbi Talibin (ə) yolu ilə gedəm.» Zeynəb (ə) imamət məqamını tanıdığından yaxşı bilir ki, məsum imam öz şəxsi iradə və istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlir. Buna görə də tarixdə onun haqqında imam Hüseyni (ə) ilahi işindən saxlamaq üçün heç bir təklif görülmür. O, bu işdə öz imamına müti və təsəllidir.

Zeynəb (ə) Mədinədən Kərbəlaya qədər imam Hüseynin (ə) yanında olmuşdur. O, bu səfəri öz izdivacından qabaq duymuş və öz nikahında imam Hüseynlə (ə) birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin vaxtı çatmışdı.

Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn (ə) kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəbə (ə) olduqca asan etmişdi.O, bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər (s) canişini, onun və zamanın bütün insanlarının imamıdır.Zeynəb (ə) karvan böyüklərindəndir və onun idarə olunmasında mühüm məsuliyyəti var. O, bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə iştirak edir.

İmamın karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci ilin Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu.Zeynəb (ə) Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə olacağı son mənzildir. Elə o səbəbdən də, imamın şəhadətinə qədər ondan bir an da ayrılmır. Aşura gecəsi son gecədir ki, İmamın (ə) mübarək vücudu Əhli-beyt (ə) xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi. Bir hərəkat rəhbəri kimi, imam Hüseynin (ə) məsuliyyəti hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (ə) İmamın (ə) vəfalı bacısı bu ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdür. Tarix göstərir ki, Zeynəb (ə) zəmanə imamının göstəriş və tövsiyələrinə sözsüz əməl edirdi. İm?mın (ə) ?n? məsləhətləri onun lətif və möhkəm ruhunda elə ciddi təsir buraxdı ki, nəinki təkcə heç bir müsibət qarşısında sarsılıb şikayət etmədi, hətta dağ kimi, dağdan da möhkəm müqavimətlə mübarizəni davam etdirdi. Baxmayaraq ki, onun dağlı sinəsinə oturan hər təzə dərd, müsibətlərinə əlavə olan hər yeni müsibət güc və taqətini əlindən alırdı, lakin Zeynəb (ə) var qüvvəsi ilə çalışırdı ki, bu müsibətlər onu əldən salmasın, bu saysız-hesabsız dərd-bəlalar onu mühüm vəzifəsinin icrasından saxlamasın. Hüs?yn (ə) şəh?dətə ç?tdı.

İndi imamət, qardaşının yadigarı imam Səccad (ə)-a çatmışdır. Hüseyn (ə) hərəminin qadın və uşaqlarının başçısı olan Zeynəb (ə), heyrətamiz tədbir və müdriyyətlə bütün səhnələrdə hazırdır. Həzrət Səccad (ə) onun imamıdır. Zeynəb, o İmamın (ə) icazəsi olmadan bir iş görmür. İndi onun məsuliyyəti əvvəlkindən daha ağırdır. O, həm də İmamın (ə) canını qoruyur və onun üçün bundan mühüm bir iş yoxdur. Tarixə əsasən, Zeynəbi-Kubra (ə) ən azı üç yerdə imam Səccad (ə)-ın canını xilas etmək üçün çalışıb, canfəşanlıq etmişdir.

Xanım Zeynəbin (ə) Yezidin sarayında və İmam Səccadın (ə) Şam məscidindəki təsirli və ifşa edici çıxışları Müaviyənin Əhli-beyt (ə) əleyhinə olan 40 illik zəhərli təbliğatına son qoydu. Bəni Üməyyənin cinayət və azğınlıqları ifşa edildi.Onların çirkinlikləri aşkar olundu. Şam camaatı özlərinə gəlib, uzun illər islam və Peyğəmbərin (s) canişini adı ilə onlara hakimlik edən Müaviyə və Yezidin qan içənbir vəzifəpərəst olduqlarını başa düşdülər. Bu səbəbdən Yezid Əhli-beytin (ə) Şamda qalmağını özünə və hökumətinə məsləhət görməyib, karvanı ilk fürsətdə Mədinəyə göndərməyi qərara aldı. Karvanı onunla birgə Mədinəyə göndərmək üçün, Peyğəmbər (s) səhabələrindən olan Nöman ibni Bəşiri yanına çağırdı. Nöman səfər boyunca Allahın Peyğəmbərinin (s) xanədanı ilə mehriban davranır və imkan qədərincə onların istəklərini yerinə yetirirdi. Mədinəyə daxil olduqdan sonra əzəmətli Zeynəb (ə) günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz (ə) bir illik həyat Zeynəb (ə) üçün çətin oldu. Həmin Zeynəb (ə) ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin (ə) şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin (ə) uca məqamlı səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyndən (ə) sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya yaşayışı ilə vidalaşırdı.

21 sentyabr 2018
GO BACK