“Bir-birinizin qeybətini etməyin , sizdən biriniz ölmüş qardaşının ətini yeməyə hazır olarmı?! Bu, sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhmlidir.”
Allahın rəsulu buyurub:
“Qeybətdən uzaq olun! Çünki qeybət etmək zinadan şiddətlidir. Zinakar tövbə edər, Allah da onun günahını bağışlayar. Amma qeybət edənin günahı qeybətini etdiyi onu bağışlamayınca, bağışlanmaz.”
Peyğəmbər (s) buyurub:
“Qəbir əzabı üç şeyə görədir. Onun üçdə biri qeybətə şamildir”.
“Müsəlmanın qeybətini etməmək on min rükət namazdan üstündür”.
İmam Əli (ə) buyurub:
“Qeybət aciz insanın son cəhdidir . Əgər bir şəxsin yanında müsəlman qardaşının qeybəti edilsə və həmin şəxs qeybəti ediləni müdafiə edə bildiyi halda onu müdafiə etməsə, Allah dünyada və axirətdə həmin şəxsi xar edər. Möminlərin və müsəlmanların qeybətini etmək cəhənnəm itlərinin qidasıdır. Qeybət edən ən alçaq insan sayılır”.
Peyğəmbər (s) buyurub:
“Hər kəs din qardaşının abrını hifs etsə, cənnət ona vacib olar”.
İmam Əli (ə) buyurub:
“Allah yanında ən pis insanlar qeybət edənlərdir. Başqasının sözünü sənin yanında deyən şəxs sənin də sözünü başqasının yanında deyər. Qeybət eşidən də qeybət edən kimi günahkardır. Qeybət etməyə adət edənin günahı böyükdür”.