“Sizin ilahınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar. Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!” (“Nəhl” surəsi 22-23)
Harada ki, qanun gücsüzü güclüdən müdafiə edə bilmir, orada var-dövlətə və pula güclünün haqsızlıq və zülmündən xilas olmaq vasitəsi kimi baxmaq olar.
Mən ölüyə baxır, baxdıqca da özümü elə balaca və miskin hiss edirdim ki! İlahi, ölülər necə də nəhəng olurmuş.
İmam Səccad(ə) söyləyir: Şamda çox ağır oldu bizə. Sözlə dil yarası vurudular. Xanım Ruqayə dayanıb Şamın xərabəsinin kənarında, qapının ağzında. Bir qız atasıyla yol gedir, ayrıldı atasından gəldi Ruqayənin yanına. Ruqayəyə baxıb, əlini atıb cibindən bir meyvə çıxardıb verdi Ruqayəyə.
Dedi: Ruqayə götür bunu mənə dua et. Dua et ki, Allah məni sənin gününə qoymasın.
Zeynəb deyir gördüm ağlaya-ağlaya gəlir, o balaca bala mənə tərəf. Deyir bibi mən məgər nə günə qalmışam? Deyir, dedim qızım nə olub ? Deyir, Şamlılardan bir nəfərin qızı mənə dedi: " Dua et, Allah məni sənin gününə qoymasın."
Məgər mən nə günə qalmışam ? Zeynəb dedi, qızım deməmişəm xərabə qapısında dayanma? Gəldi dayandı üzü qibləyə, o balaca əllərin qaldırdı göyə. Zeynəb deyir, gördüm dayandı qibləyə dedi, bibi mən dua edim, sən amin de. Dedim görəsən bu qız nə dua edəcək. Əlini qaldırdı göyə, İlahi öldür məni. Dedi İlahi elə yorulmuşam dünyadan. (Əla lənətüllah, ələl-qövmüzzalimin)
Bəndəsinə istəmək qabiliyyətini verən Allah ya onun istədiyini verməyi istəyib, ya da bu istədiyi ilə bəndəsini imtahana çəkir. Amma bəndə də əmin olmalıdır ki, ədəblə istəyib, ədəbli istəyib, ədəbi istəyib, qovuşmamaq yoxdur. Sənin rəhmətinə olan gümanımız bizə bu qənaəti verib ki, hələ qapılar bağlı deyil. Ya Rəbbi, bilirsənmi nə üçün belə fikirləşirik? Çünki Rəsulunun, Əmirelmomininin, Zəhraninin, Həsəninin, Hüseyninin hələ də aşiqiyik. Biz hara, onlar hara… Melekut aləminin zikri olan Rəsulun hara, mən hara! Deməli, hələ hər şey bitməyib. İplərin hamisi qırılmayıb. İlahi, Sənə and verirəm o qırılmayan ipə, bu məhəbbətdən bizi məhrum etmə! Allahı sevməyin meyvəsi bəndəni sevməkdir, bəndəni sevməyin varacağı mənzil Allahı sevməkdir. Bəndənin Allahı sevməsi, Allahın bəndəyə ən böyük lütfüdür. Uca Rəbb hansı qəlbə özünü sevdirirsə, o qəlbi cənnət bağçasına çevirər.