Qadin.NET / Tarixdə ən çox ağlayanlar

Tarixdə ən çox ağlayanlar

Tarixdə beş kimsə hər kəsdən daha çox ağlamışdır: Hz. Adəm, Hz. Yaqub, Hz. Yusuf, Hz. Fatimə və Hz. Əli ibn. Hüseyn (ə.s).
Hz. Adəm, cənnət üçün o qədər ağladı ki gözyaşları üzündə iz buraxdı.
Hz. Yaqub, Yusufa o qədər ağladı ki, gözlərinin nurunu itirdi. Buna görə Hz. Yaquba belə dedilər: "Ey Yaqub! Sən o qədər Yusufu düşünüb ağlayırsan ki ağlamaqla həlak olacaqsan."
Hz. Yusuf da atası Yaqubdan uzaq qaldığı üçün o qədər ağladı ki, həbsdə olanlar narahat oldular və belə dedilər: "Ey Yusuf! Ya gecələri ağla gündüzləri sus və ya gündüzləri ağla gecələri sus!"
Hz. Yusuf (ə.s) gecələri və ya gündüzləri ağlama barəsində onlarla razılaşdı.
Hz. Fatimə (ə.s) də o qədər ağladı ki, Mədinə xalqı çox narahat oldular və: "Ey Peyğəmbərin qızı! Gecə gündüz ağlamanla bizləri narahat edirsən!" dedilər. İşdə bundan ötəri iki dünyanın xanımı Hz. Fatimə (ə.s) gündüzləri şəhərdən çıxıb Uhud şəhidləri qəbiristanlığına gedərək ağlaya bildiyi qədər orada ağlayır və sonra evinə dönürdü.
Əli b. Hüseyn (İmam Zeynal-Abidin (ə.s0) də iyirmi (bəzi rəvayətlərə görə 40) il boyunca atası İmam Hüseyn (a.s) a ağladı. Önünə yemək buraxdıqlarında ağlayırdı, özünə su gətirdiklərində ağlayırdı…
Bir gün xidmətçisi belə dedi: "Ey mövlam! Ağlamanızla özünüzü həlak edəcəyinizdən qorxuram!"
İmam (ə.s) buyurdu ki: "Mən kədər və kədərimi Allaha şikayət edirəm. Mən bir sıra şeylər bilirəm ki sizlər bilmirsiniz. Mən anamız Fatimənin övladlarının qətillərini xatırladığımda hıçqırıqlar boğazımı sıxır!
Bihar, c.12, s.264; c.43, s.155; c.82, s.86
Tarixdə beş şəxs hər kəsdən daha çox ağlamışdır: Hz. Adəm, Hz. Yaqub, Hz. Yusif, Hz. Fatimə və Hz. Əli ibn Hüseyn (ə.s) (İmam Zeynal-Abidin).
1. Hz. Adəm cənnət üçün o qədər ağladı ki, göz yaşları üzündə iz buraxdı.
2Hz. Yaqub Yusifə o qədər ağladı ki, gözlərinin nurunu itirdi. Buna görə Hz. Yaquba belə dedilər: "Ey Yaqub! Sən o qədər Yusifi düşünüb ağlayırsan ki ağlamaqla həlak olacaqsan".
3. Hz. Yusif də atası Yaqubdan uzaq qaldığı üçün o qədər ağladı ki, həbsdə olanlar narahat oldular və belə dedilər: "Ey Yusif! Ya gecələri ağla, gündüzlər sus və ya gündüzləri ağla, gecələr sus!" Hz. Yusif (ə.s) gecələri və ya gündüzləri ağlama barəsində onlarla razılaşdı.
4. Hz. Fatimə (ə.s) də o qədər ağladı ki, Mədinə xalqı çox narahat oldu və: "Ey Peyğəmbərin qızı! Gecə-gündüz ağlamağınla bizləri narahat edirsən!" dedilər. Bunun üçün iki dünyanın xanımı Hz. Fatimə (ə.s) gündüzləri şəhərdən çıxıb Uhud şəhidləri qəbiristanlığına gedərək ağlaya bildiyi qədər orada ağlayır və sonra evinə dönürdü. 
5. Əli ibn Hüseyn (İmam Zeynal-Abidin (ə.s) də iyirmi (bəzi rəvayətlərə görə 40) il boyunca atası İmam Hüseyn (ə.s) üçün ağladı. Qarşısına yemək qoyduqları zaman ağlayırdı, özünə su gətirdikləri vaxt ağlayırdı.
Bir gün xidmətçisi belə dedi: "Ey mövlam! Ağlamağınızla özünüzü həlak edəcəyinizdən qorxuram!" İmam (ə.s) buyurdu ki: "Mən kədər və kədərimi Allaha şikayət edirəm. Mən bir sıra şeyləri bilirəm ki sizlər bilmirsiniz. Mən anamız Fatimənin övladlarının qətllərini xatırladığım zaman hıçqırıqlar boğazımı sıxır! (Bihar, c.12, s.264; c.43, s.155; c.82, s.86).
29 iyul 2011
GO BACK