Qadin.NET / Bağlanmayan qapı

Bağlanmayan qapı

Bağlanmayan qapı

 

Böyük şəhərlərdən  birində qubernatorluq edən bir varlının çox gözəl bağçası var idi.Bağında rəngarəng çiçəklər,növbə növ quşlar yaşayırdı.Günlərin biri varlı bir bağçaya gəlir və orada bağbanın xanımını görüb  onun gözəlliyinə valeh olur.Qubernator bir bəhanə ilə qadının ərini  çölə göndərir.

Bağban getdikdən sonra o,qadından bütün qapıları  bağlamasını istəyir.Qadın ağıllı və namuslu idi.O,qubernatorun şeytani niyyətini başa düşür,gedib ağacın arxasında bir qədər gözləyir,sonra qubernatorun yanına qayıdır və deyir:

-Qapıları bağladım,yalnız biri qaldı,onu bağlamağa gücüm çatmadı.Nə qədər çalışdımsa bağlaya bilmədim.

Qubernator soruşur:

-O hansı qapıdır?

Qadın deyir:

-O ,Allahın bizi gördüyü qapıdır.Vali qadının bu sözlərini eşidincə  bədəni lərzəyə gəlir,peşman olub qadının onu əfv etməsini istəyir.

Qubernator ixlasla tövbə edir,Allahın sevimli bəndələrindən biri olur.

 

Peyğəmbər (s.ə.s)buyurur:Günahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir.

23 iyun 2011
GO BACK